Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Mar 16:10Olke
Ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin siyahısı genişləndirildi
Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan tələb olunan sənədlərin siyahısı genişləndirilib.
Respublikaxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Pasportlar haqqında” qanunun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklə Əsasnaməyə 3.2.6-cı yarımbənd əlavə edilib. Yarımbəndə əsasən, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Əsasnamənin 3.2.1-ci, 3.2.3-cü, 3.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərlə yanaşı:
Ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə ─ vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış tələb olunacaq.
Qeyd edək ki, əvvəlki Əsasnamədə ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunurdu:
3.2.1. ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (1 və 2 nömrəli əlavələr);
3.2.2. vətəndaşın şəxsiyyət vəsiqəsi
3.2.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
3.2.4. pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər;
3.2.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə ─ valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi