Sorğu
Оцените работу движка

07 Mar 14:50Olke

Bu gün azərbaycanlılar Odessadan təxliyə edildi

Bu gün azərbaycanlılar Odessadan təxliyə edildi

“Son 12 gün ərzində Ukraynanın Odessa şəhərindən 500-dən çox azərbaycanlı təxliyə edilib”.

Respublikaxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində dünən daha 60-a yaxın şəxs təxliyə edilib:

“Bu gün də 50 nəfər Moldova sərhədinə yola salındı. Soydaşlarımız mikroavtobuslarla təxliyə edildi. Müharibənin ilk günündən bizə ünvanlanan müraciətlərin hər birini təmin etməyə çalışmışıq.

Moldova sərhədi 68 km uzaqlıqdadır. Öz maşınları ilə gedənlərə istiqamət verilir, digərləri isə 50 nəfər yığıldıqca mikroavtobuslarla təxliyə edilir. Əvvəlki günlərlə müqayisədə təxliyə üçün müraciət edən soydaşlarımızın sayında azalma müşahidə edilir”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi