Sorğu
Оцените работу движка

24 Fev 18:14Olke

İlham Əliyev avstriyalı həmkarına təbrik məktubu göndərdi

İlham Əliyev  avstriyalı həmkarına təbrik məktubu göndərdi


Prezident İlham Əliyev Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.

Respublikaxeber.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Federal Prezident,

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar təbrik məktubunuza görə təşəkkür edirəm. Mən də öz növbəmdə ikitərəfli əlaqələrimizdə bu əlamətdar tarix münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və xoş arzularımı yetirirəm.

Ötən dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur. Siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.

İnanıram ki, sağlam təməl üzərində qurulmuş ənənəvi dostluq əlaqələrimiz və qarşılıqlı maraq doğuran əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə də beynəlxalq strukturlar çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim rifah arzulayıram”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi