Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Fev 15:08Olke
Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür
2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.
Respublikaxeber.az xəbər verir ki, həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.
Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xəstəlikdən ölüm hallarının başlıca səbəbi sayılır.
Hazırda dünyada onkoloji diaqnozdan sonra remissiya mərhələsində olan təxminən 44 milyona yaxın xəstə var. Xərçəng xəstəliklərinin yaranma səbəblərini müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olar. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsü kimi kanserogen maddələrdən uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onkoloji xəstələrin təxminən 70 faizinin şüa terapiyası ilə müalicəsinə ehtiyac var.
Xərçəngdən ölüm halları daha çox ağciyər, mədə, qaraciyər, yoğun bağırsaq və süd vəzi xərçəngi ilə əlaqədar olur. Həmin halların üçdə biri həyat tərzi və qidalanma ilə əlaqədar beş əsas risk faktor - yüksək bədən çəkisi indeksi, qidalanma zamanı meyvə və tərəvəzlərin az istehlakı, fiziki fəallığın olmaması, tütün və alkoqol istifadəsi ilə nəticəsində baş verir.
Hazırda ölkəmizdə qeydiyyatda olan 53 minə yaxın xəstə var.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib