Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
02 Fev 15:34Olke
Azərbaycanda bu qida əlavələrinin satışı qadağan edildi - SİYAHI
Azərbaycanda ötən ay üzrə bioloji fəallığa malik qida əlavələri (BMFQƏ) ilə bağlı keçirilən ekspertizanın nəticələri məlum olub.
Respublikaxeber.az xəbər verir ki, daxil olan müraciətlərdən 4-nə mənfi rəy verilib.
Xitam verilən müraciətlərin sayına gəlincə, bu rəqəm 9-dur.
Mənfi rəy verilən qida əlavələri aşağıdakılardır:
Təqdim olunan sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dağ kalsiumu D3 (tablet, №80) adlı məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından ölkə ərazisində istifadəsi mümkün deyil. Təqdim olunan sənədlərə əsasən məhsulun təhlükəsizliyinə dair nəzərdə tutulmuş əksər sınaqların yerinə yetirilməsi ölkə və xalqımız üçün düşmən sayılan ölkədə həyata keçirilib.
Təqdim olunan sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maksilak (kapsul, №10) adlı məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından ölkə ərazisində istifadəsi mümkün deyil. Təqdim olunan sənədlərə əsasən məhsulun təhlükəsizliyinə dair nəzərdə tutulan əksər sınaqların yerinə yetirilməsi ölkə və xalqımız üçün düşmən sayılan ölkədə həyata keçirilib.
Ekspertizaya təqdim olunan “Sorbilax Adult, 3.66g rektal birdəfəlik imalə №6” adlı məhsul öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Məhsulun tərkibində gliserin inqrediyenti tibbi vasitələrə dair dünya standartlarının tələblərinə əsasən birbaşa lokal farmakoloji təsirə malik olduğundan tibbi vasitə sinfinə daxil edilə bilməz.
Ekspertizaya təqdim olunan “Sorbilax Kids, 1.83g rektal birdəfəlik imalə №6” adlı məhsul öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Məhsulun tərkibində gliserin inqrediyenti tibbi vasitələrə dair dünya standartlarının tələblərinə birbaşa lokal farmakoloji təsirə malik olduğundan tibbi vasitə sinfinə daxil edilə bilməz.
Müraciətlərinə xitam verilən 9 qida əlavələri isə bunlardır:
Alqa Bebi (tablet, №50) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilib ki, adı çəkilən məhsul 3 yaşdan uşaqlara, bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunur, lakin məhsulun tərkibində istifadə edilən “Fucus vesiculosus” bitkisi Avropa Dərman Agentliyinin tövsiyələrinə əsasən 18 yaşdan aşağı uşaqlara tövsiyə edilmir, kəhraba turşusu, dəniz onurğasızının çanağı və “Saccharina latissima” bitkisinin uşaqlara istifadəsinə dair kifayət qədər tədqiqat mövcud olmadığı üçün də, indiyə kimi tərkibində kəhraba turşusu və Saccharina latissima bitkisi olan, ekspertizadan rəy alan BFMQƏ-lər 14 yaşdan yuxarı şəxslərə (gələcəkdə həmin yaş həddinin 18-ə qaldırılacağı planlaşdırılıb) və dəniz onurğasızının çanağı (mussell shell) olan BFMQƏ-lər isə 18 yaşdan yuxarı şəxslərə tövsiyə edilib.
“Urtica dioica”(İkievli gicitkən )bitkisinin yarpağı, “Matricaria recutita”(Aptek çobanyastığı) bitkisinin çiçəkləri olan BFMQƏ-lər isə 4 yaşdan uşaqlara tövsiyə edilib. Həmçinin göndərilən sorğu məktubunda BFMQƏ-nin uşaq istifadəsi üçün tövsiyə edildiyini nəzərə alaraq, müvafiq tədqiqatların protokolları tələb edildiyi halda, həmin tədqiqatlar ekspertizaya təqdim edilməyib. Təqdim edilən sənədlər isə ekspertizanı qane etməyib. Təqdim olunmuş məhsulun 3 yaşdan kiçik uşaqlara BFMQƏ kimi istifadəsinə dair ekspertiza rəyinin verilməsi mümkün olmayıb.
Pakistan istehsalı olan 281 seriyalı Diage-fit (Daxilə qəbul üçün məhlul-damcı 10 ml№25) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olunub ki, təqdim olunan məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyil. Təqdim olunan məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Türkiyə istehsalı olan Emamix (daxilə qəbul üçün məhlul 10 ml N15) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun sıxlığı 1.0771q/ml aşkar olunub ki, bu da normativ sənədlərdə (0.98 – 1.05q/ml) göstərilənlərlə uyğun gəlmir. Məhsula aid təqdim olunan tərkibə aid sənəddə “Arı südü” inqrediyentinin adı düzgün qeyd olunmayıb və bitki inqrediyentlərinin elmi adları göstərilməyib. Təqdim olunan məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün olmayıb, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab edilməyib.
“İnam Life MMC”-nin ünvanladığı məktuba cavab olaraq Kalmix (kapsul, №40) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı tabletin sərtliyi 5.96 Kpa (9.0 – 12.0 Kpa) aşkar olunub ki, bu da NS-də göstərilənlərlə uyğun gəlmir. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Həmçinin “İnam Life MMC”-nin göndərdiyi məktuba cavab olaraq Mustang (kapsul №10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun tərkibində sildenafil 32.98 mq/kaps aşkar edilib. Həmçinin,məhsulun xarici görünüşü şəffaf, iki hissəli kapsul; tərkibi: qəhvəyi rəngli, xarakterik qoxulu toz (NS-ə əsasən kapsulun rəngi qəhvəyi olm alıdır) olaraq aşkar edilib. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
“İnam Life MMC”-nin məktubuna cavab olaraq Naturafertil (toz, N60 saşe) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun xarici görünüşü qəhvəyi rəngli, ağ hissəcikləri olan, xarakterik qoxulu amorf toz kimi aşkar olunub ki, bu da normativ sənədlərdə (ağ rəngli toz) göstərilənlərlə uyğun gəlmir. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Prostoline (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olubolmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı tabletin xarici görünüşü qəhvəyimtil rəngli, uzunsov formalı, çilli aşkar olunmuşdur ki, bu da NS-də göstərilənlərlə (NS-ə əsasən dairəvi olmalıdır) uyğun gəlmir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Pulmax New (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhlulun ph-ı 1.667 (3.6 — 6.0) və sıxlığı 1.0875 q/ml (1.112 — 1.152 q/ml) aşkar olunub ki, bu da normativ sənədlərdə göstərilənlərlə uyğun gəlmir. Bundan başqa, məhsulun tərkibində olan bitkilərin xammalları göstərilməyib. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Revilon (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı tabletin xarici görünüşü ağımtıl rəngli, uzunsov oval formalı, qabarıq, qəhvəyimtil-qırmızı çilləri olan, spesifik qoxulu aşkar olunub ki, bu da NS-də göstərilənlərlə (NS-ə əsasən sarımtıl rəngli və sarı çilləri olmalıdır) uyğun gəlmir. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Xatırladaq ki, BMFQƏ dərman vasitəsi deyil.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ