Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Yan 14:24Olke
Martda attestat alan şagird niyə iyuna qədər məktəbə gedir?
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur.
Beləliklə, 11-cilər attestat əldə etmək üçün martda buraxılış imtahanı verəcəklər. Məktəblər isə iyun ayının 14-nə kimi tədrisi davam etdirəcəklər.
Artıq attestat imtahanı verən şagirdin məktəbə getməsinə gərək qalmır... Həmçinin, dövlət büdcəsindən mart-iyun üçün məktəblərə ayrılan vəsaitin aqibəti də sual doğurur.
Bu haqda açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti İlqar Orucov bildirib ki, mart ayında keçiriləcək imtahanlar mart ayına qədər təhsil proqramının məzmunu əhatə edəcək suallara hesablanmış imtahandır.
Onun sözlərinə görə, mart ayından iyun ayının 15-ə qədər proqram məzmununu əhatə edən mövzular Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarında abituriyentlərin biliklərinin qiymətləndirilməsində istifadə olunacaq:
“Azərbaycanda təmayülləşməyə keçid təmin olunduqdan sonra 9-cu sinifdən sonra 10-11-ci siniflərdə təhsil almaq imkanları əldə etmiş şagirdlər artıq birbaşa universitetlərə daxil olmaq üçün təhsil alırlar. Mart ayında buraxılış, attestat imtahanı verəcək şəxslərin 300 ballıq nəticəsi mart ayına qədər keçirilmiş proqram məzmunlarını özündə əhatə edəcək imtahanların nəticəsində formalaşır. Bu onu göstərir ki, mart ayından iyunun 14-nə qədər müddəti əhatə edəcək proqram məzmunundakı mövzular DİM-in keçirəcəyi qəbul imtahanlarında öz əksini tapır. Bu müddət ərzində proqramda olanlar qəbul imtahanının nəticələrini əhatə edəcək suallarda əks olunacaq. Burada hansısa problemin olduğunu düşünmürəm və bu müddət boş-boşuna keçirilmir”.
İ.Orucov söyləyib ki, əslində bir çox ölkələrdə universitetlərə qəbul olunmaq üçün əlavə imtahanlar keçirilmir:
“Yəni, attestat imtahanlarının nəticələri kifayət edir ki, abituriyent universitetə qəbul olunsun. Bir neçə il öncəyə qədər ölkədə attestat imtahanlarını DİM keçirmirdi. Orta məktəblər özləri edirdilər. Ümid edirəm ki, bir neçə ildən sonra da attestat imtahanlarının nəticələri ilə ali məktəblərə qəbul reallaşacaq. Hazırkı dövrdə mart ayından iyun ayının 14-ə qədər keçiriləcək təhsil heç də mənasız yerə deyil. Bu təhsil müddətində keçirilən məzmunun qiymətləndirilməsi qəbul imtahanlarında öz əksini tapacaq”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi