Sorğu
Оцените работу движка

05 İyl 09:55Olke

Bu ilin üçüncü Ay tutulması başlayıb

Bu ilin üçüncü Ay tutulması başlayıb

Bu ilin üçüncü Ay tutulması hadisəsi başlayıb.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Respublikaxəbər.az-a verilən məlumata görə, yarımkölgəli Ay tutulması hadisəsi saat 05:52-də (Bakı vaxtı ilə saat 09:52) sona çatacaq. Tutulmanın maksimumu saat 04:31-də (Bakı vaxtı ilə 08:31) müşahidə olunacaq.
Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək. 

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.
Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: