Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
02 İyl 09:53Olke
Vilayət Eyvazov: “Son illərdə 21 mindən artıq cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 55 mindən artıq şəxs saxlanılıb”
“Davos Forumunun son hesabatına əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə indikatoru üzrə 141 ölkə arasında 18-ci, polis orqanlarına əhalinin etibarı göstəricisinə görə 30-cu yerə yüksəlib”.
APA-ya istinadən Respublikaxəbər.az-ın məlumatına görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.
O bildirib ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə, asayişin və əmin-amanlığın qorunması sahəsində öncül dövlətlər sırasında yer alır: “Respublikamız bu gün dünyanın təhlükəsiz ölkələrindən biri, sabitlik adası kimi tanınır. Vətəndaşlarımızın dinc həyatı etibarlı qorunur, özlərini güvənli hiss edirlər. Hesab edirəm ki, bu fakt son 17 ildə Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində əldə olunan ən mühüm uğurlardandır. Son dövrlərin statistikası da bunu sübut edir”.
Nazir qeyd edib ki, 2003-2017-ci illərdə 21 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 16 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən cinayətlərin sayı 1,3 dəfə azalıb: “Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 55 mindən artıq təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 11 tona yaxın narkotik vasitə çıxarılıb. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər Avropa dövlətləri ilə müqayisədə xeyli azdır”.
Vilayət Eyvazov deyib ki, respublikanin hüquq mühafizə və xüsusi xidmət orqanlarının səylərinin vahid məqsəd üzərində cəmləşməsi sayəsində, cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətli nəticələr əldə edilir, bütün kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunur.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi