Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Yan 09:00Olke
Azərbaycanda YENİLİK: Artıq evdən işləməyə icazə veriləcək
Azərbaycanda məsafədən görülən iş-yəni distant əmək fəaliyyəti rəsmiləşdirilir. Bununla bağlı əmək qanunvericiliyinə ediləcək dəyişikliklər artıq aidiyyatı qurumlara göndərilib. Bu dəyişiklik təsdiqini tapandan sonra bir sıra fəaliyyət sahələrində çalışanlar iş yerinə getmədən əmək müqaviləsi ilə işləyə biləcəklər.
Respublikaxeber.az xəbər verir ki, Azərbaycanda distant, yəni məsafədən iş rəsmi qaydaya keçir. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təklifi ilə "Əmək məcəlləsi"-ndə ediləcək dəyişikliklərdə əksini tapıb.
Nazirliyin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov bildirir ki, müasir bazar iqtisadiyyatı və pandemiya şəraitində belə bir dəyişikliyin edilməsinə ciddi zərurət yaranıb.
Əbülfət Məhərrəmov bildirir ki, distant işin əmək məcəlləsinə təklif edilən dəyişiklikdə konkret izahı verilir.Bu izahla da distant işlərin siyahısı genişlənəcək və bir sıra fəaliyyətlərdə bunun tətbiqi mümkün olacaq.
Nazirliyin şöbə müdiri distant işlə bağlı yeniliklərin hazırda hansı mərhələdə olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə hazırda təkliflər Ədliyyə nazirliyindədir.
Onu da qeyd edək ki, hazırda dünyanın xüsusilə informasiya texnologiyaları üzərində qurulan bir çox tanınmış şirkətləri məhz işçiyə ofis məhdudiyyəti qoymur. Hətta işçilərin şirkətin olduğu ölkədə yaşaması tələbi belə aradan qalxıb. Bu isə şirkətlərə daha təcrübəli işçilər toplamaq imkanı verir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər