Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
28 İyn 09:31Olke
Naxçıvanda zabitlərə mənzillər təqdim edilib - FOTO
26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan hərbi şəhərciyində zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Silahlı Qüvvələr Günü və yeni xidməti mənzillərin təqdim edilməsi münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edib.
General-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, zabit-gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və səmərəli istirahətinin təşkilinə xüsusi diqqət yetirilir. Hərbçi ailələrinə yeni xidməti mənzillərin təqdim edilməsi də növbəti qayğının ifadəsidir.
Zirzəmi ilə birlikdə dörd mərtəbəli binanın birinci mərtəbəsində dərzi, ayaqqabı təmiri sexi, hərbi və qarışıq mallar mağazaları fəaliyyət göstərəcək. Fərdi qazanxana sistemi quraşdırılan binada Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinin bölmələri üçün iş otaqları da yaradılıb.
Binanın 2-ci, 3-cü və 4-cü mərtəbələrinin hər birində 13 mənzil olmaqla, ümumilikdə, 39 mənzilin hər biri müasir mebel dəstləri və lazımi məişət əşyaları ilə təmin olunub. Həmin mərtəbələrdə lazımi avadanlıqlarla tam təmin edilmiş mətbəx və camaşırxana yerləşir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi