Yeni XəbərLər
				
				
					
	“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
	31.12
	"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
	19.10
	Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
	20.09
	Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
	20.09
	FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
	14.09
	BAKIDA BU YOLLARDA SIXLIQ VAR
	12.09
				
			
					Arxiv
				
				
			
					Sorğu
				
				Оцените работу движка
		08 Yan 08:11Olke
	
	Azərbaycanda bu avtomobillərin istifadəsi qadağan edilə bilər
Bu ilin iyun ayının 1-dək istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılması, ekoloji təmiz və təhlükəsizlik xüsusiyyətləri yüksək olan nəqliyyat vasitələrinin idxalının, ölkə ərazisində alqı-satqısının, habelə sair formada dövriyyəsinin stimullaşdırılması məqsədilə aksiz dərəcələrinin mərhələli şəkildə adekvat olaraq dəyişdirilməsinə dair təkliflər hazırlanacaq.
Respublikaxeber.az xəbər verir ki, qeyd olunan məsələ “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə əks olunub.
Müvafiq təkliflərin hazırlanması Dövlət Gömrük Komitəsinə (DGK), İqtisadiyyat (o cümlədən Dövlət Vergi Xidmətinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) və Maliyyə nazirliklərinə həvalə olunub.
Bununla yanaşı cari ilin birinci rübünün sonunadək Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə onların, o cümlədən sürətli enerji doldurucu qurğu və avadanlıqların gömrük idxal rüsumlarına əlavə güzəştlərin tətbiqi imkanları qiymətləndiriləcək. Qiymətləndirmə üç dövlət qurumu tərəfindən (DGK, Maliyyə və İqtisadiyyat nazirlikləri) aparılacaq.
Xatırladaq ki, ötən ilin sonunda DGK-nin sədri Səfər Mehdiyev ekoloji tələbləri nəzərə alaraq istehsalı 7 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsi zamanı onlara daha yüksək rüsumların tətbiq edilməsinin təklif olunduğunu bildirmişdi.
Yorum ekle
		
						Xəbərlər
						
						
							“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
						
					
							Istifadəçi Girişi
						
						
					
							Populyar Xəbərlər
						
						

	
	