Sorğu
Оцените работу движка

25 İyn 16:50Olke

Mənsum İbrahimov: “Yasamaldakı aksiyanın mənimlə əlaqəsi yoxdur”

Mənsum İbrahimov: “Yasamaldakı aksiyanın mənimlə əlaqəsi yoxdur”

“Yasamalda vətəndaşlar tərəfindən polislər üçün mahnı ifa edilməsi məsələsinin mənimlə əlaqəsi yoxdur”.

Bu barədə Oxu.Az-a istinadən Respublikaxəbər.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov məlumat verib.

O bildirib ki, Yasamalda keçirilən aksiya ilə heç bir əlaqəsi yoxdur:

“Orada polis əməkdaşlarına mahnı oxuyanlar arasında müxtəlif sahənin əməkdaşları ilə yanaşı, tələbələrim də var. Ümumilikdə, polisimizin çəkdiyi zəhməti qiymətləndirməyin tərəfdarıyam. Lakin ötən dəfə bir neçə polis əməkdaşının Yasamalda vətəndaşlara qarşı kobud davranışını da dəstəkləmirəm. Həmin polis əməkdaşları öz cəzalarını aldılar.

Amma bu gün polislərimizin xidməti də göz qabağındadır. Bunu danmaq olmaz. Onlar da vətənimizin övladlarıdır. Polislərimizə dəstək üçün keçirilən aksiyalara isə normal baxıram”.

Qeyd edək ki, dünən bir qrup sakin Yasamal rayonunda yaşadıqları ünvanların eyvanlarından “Yaşa, Azərbaycan!” mahnısını ifa edərək, karantin qaydalarına nəzarət edən polis əməkdaşlarına gül atıblar. Bəziləri bu tədbirin Mənsum İbrahimov tərəfindən təşkil olunduğu iddiasını səsləndiriblər.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi