Sorğu
Оцените работу движка

25 İyn 12:38Olke

Növbəti buraxılış imtahanlarının qrafiki elan olundu

Növbəti buraxılış imtahanlarının qrafiki elan olundu
Dövlət İmtahan Mərkəzi 2 və 3 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafikini açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış olmaq olar.

Digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının (Naxçıvan istisna olmaqla)) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 3 iyul tarixində Naxçıvanda əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi və kolleclərə qəbul imtahanı, həmçinin Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı keçiriləcək. Bundan əlavə, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırılır ki, onlar üçün də imtahan 3 iyul tarixində Naxçıvanda təşkil olunacaq. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.

İmtahana buraxılış vərəqəsi hər imtahana beş gün qalmış Mərkəzin saytında yerləşdiriləcək.

Qeyd edək ki, həmişə olduğu kimi, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi