Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 İyn 13:17Olke
Bakıda dava ölümlə bitdi: Xüsusilə təhlükəli cinayətkar tutuldu
Bakı Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri birgə tədbirləri nəticəsində paytaxtda 17 iyunda baş verən qətldə şübhəli bilinən şəxsləri saxlayıblar.
Respublikaxəbər.az xəbər verir ki, həmin gün saat 21:00 radələrində Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsində 1985-ci il təvəllüdlü Cəlal Hüseynov qarın nahiyəsindən bıçaq zərbəsi ilə qətlə yetirilib.
Görülmüş tədbirlər nəticəsində 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Rauf Hənifəyev və 1979-cu il təvəllüdlü Abşeron rayon sakini Ramil İsrafilov Binəqədi rayonunda tutulublar.
İlkin məlumatlara görə, qətldən iki gün əvvəl C.Hüseynovla narkotik asılılığı olan Tural adlı şəxs arasında münaqişə yaranıb.
İyunun 17-də Tural C.Hüseynovla münasibətləri yenidən qaydasına salmaq qərarına gəlib və M.Əliyev küçəsində onunla görüş təyin edib. Kişilər oraya tək yox, “dəstək qrupları” ilə gəliblər. Tural özü ilə R.Hənifəyevi və R.İsrafilovu gətirib.
Tərəflər arasında dava başlayıb, R.Hənifəyev C.Hüseynova qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.
Qeyd edək ki, R.Hənifəyev əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunub. Bundan əlavə, o, oğurluq və soyğunçuluğa görə də həbsdə olub. R.İsrafilov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.
Məlum olub ki, R.Hənifəyev 2004-cü ilin iyulunda xarici vətəndaşlara edilən hücumlarla bağlı cinayətin iştirakçısı olub. Belə ki, iyulun 9-da R.Hənifəyev və F.Məmmədov “Pasco” şirkətinin direktoru, Böyük Britaniya vətəndaşı Rəsul Elçi Mustafaya hücum edərək, ondan 400 dollar və 350 min manat pul alıblar.
Onlar iyulun 12-də saat 23.00 radələrində Üzeyir Hacıbəyov küçəsində “IMC Consulting” şirkətinin mütəxəssisi, İrlandiya vətəndaşı Donald Uliziyə qarşı güc tətbiq ediblər. Cinayətkarlar əcnəbi vətəndaşın mobil telefonu, kompüterini, bank kartını və pulunu alıblar.
İyulun 17-də gecə Hüsü Hacıyev küçəsində R.Hənifəyev və F.Məmmədov xarici neft şirkətinin işçisi, Böyük Britaniya vətəndaşı Def Georgiyə hücum edərək, ondan 300 min manat pulu, həmçinin mobil telefonu götürüblər.
Eyni zamanda, Yasamal RPŞ-nin cinayət axtarış şöbəsinin əməkdaşları C.Hüseynovun qətlində əli olan şəxslərin müəyyənləşdirilməsi üzərində işlərini davam etdirirlər. Faktla bağlı daha iki nəfərin cinayət məsuliyyətinə cəlb olunacağı məlumdur. Sonuncular hələ tutulmayıb.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ