Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
Bilgəh Kardioloji Sanatoriyası
SANATORİYA HAQQINDA
ZƏRBAYCAN HƏMKARLAR İTTİFAQI KONFEDERASİYASI
“KURORT” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
“Bilgəh” kardioloji sanatoriyası
Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.
Azərbaycanın ən məşhur və populyar kurortlarından biri olan Bilgəh ölkənin paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 40 km məsafədə, Abşeron yarımadasının şimal sahilində, zeytun bağları və üzümlüklərin əhatəsində yerləşir.
Kurort ərazisində hökm sürən iqlim tipi – quru subtropik, yanvar ayının orta aylıq temperaturu +2oC, iyul ayının orta aylıq temperaturu +25oC, yağıntıların illik miqdarı isə 200 mm təşkil edir. Qar örtüyü davamlı olan günlərin sayı təxminən 5-ə bərabərdir. Ortaillik nisbi rütubət göstəriciləri 55%-dən 70%-dək dəyişir. Günəş parıltısı illik saatlarının miqdarı isə 2008-ə bərabərdir.
Müalicəvi ionlar və oksigen ilə zəngin olan Xəzər havası, çimərlik mövsümünü mayın ortalarından oktyabra kimi uzadan şəfəqli cənub günəşi, xırdadənəli abad dəniz kənarı və onlarla metr dərinliyində qumlu dayazlıq əmələ gətirən yastı dəniz dibinin uğurlu ahəngi iqlim-talassoterapiya və helioterapiyanın keçirilməsinə zəmin yaradır.
Ürək-damar xəstəliklərinin müalicəsi üçün əlverişli sayılan iqlim, ilıq dəniz suyu və rahat çimərlikdən özgə, yod-brom mineral suları da mühüm təbii müalicəvi amillər siyahısına daxildir. Həmin suların mənbələri bilavasitə dənizqırağı geniş parkda bərqərar olmuş “Bilgəh” kardioloji sanatoriyasının ərazisində yerləşir.
Sanatoriya müasir diaqnostik və müalicə aparaturası ilə təchiz edilmiş komfortlu müalicə şöbəsinə də malikdir.
Burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərməkdədir.
Arxitektur cəhətdən milli memarlıq ənənələrinə sadiq qalan sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir.
Pasientlərə hər cür rahatlıqlı tək və ikinəfərlik otaqlar təqdim olunur.
Zövqlə tərtib edilmiş, rahat və səliqəli müalicəvi qidalanma zalı sözsüz ki, iştahanın yaxşılaşmasına yardımçı olur və müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxinin bəxş etdiyi təəssüratları daha da gücləndirir.
Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannaları və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda videosalon, kitabxana, bilyard otağı, kafe və digər müəssisələr fəaliyyət göstərir.
Onu da qeyd etmək lazımdır ki, sanatoriya ərazisində poçt, teleqraf, mağaza yerləşir və müxtəlif məişət xidmətləri göstərilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Bilgəh” kardioloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 40 km aralıda yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Bilgəh qəsəbəsində istirahətdən həzz almaq və ürək-damar sistemi xəstəliklərinin müalicəsinin aparılmasına müsbət təsir göstərəcək.
Sanatoriyanın yerləşdiyi təbii amilləri, dəniz, quru və mülayim iqlim ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir. “Bilgəh” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi