Sorğu
Оцените работу движка

17 İyn 12:58Olke

Azərbaycanda döyülərək qarət olunan şəxsi iki saat sonra maşın vuraraq öldürüb - TƏFƏRRÜAT

Azərbaycanda döyülərək qarət olunan şəxsi iki saat sonra maşın vuraraq öldürüb - TƏFƏRRÜAT

Hacıqabul polisi beş ay əvvəl törədilmiş cinayətin üstünü açıb.

APA-ya istinadən Respublikaxəbər.az-ın məlumatına görə, 28 yanvar 2020-ci il tarixində gecə saat 1:00 radələrində Bakı-Qazax yolunun Qarasu kəndindən keçən hissəsində Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Kərimov Adil Şəmil oğlu ayaqyolunda döyülərək, üzərində olan 10 min ABŞ dolları götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, A.Kərimov Bakı istiqamətində hərəkətdə olan taksidən düşərək ayaqyoluna gedib. Bu zaman taksidə A.Kərimovla birgə Bakıya gedən digər sərnişin onun ardınca ayaqyoluna gedib. Həmin sərnişin A.Kərimovu vurub və üzərində olan 10 min ABŞ dollarını götürərək taksiyə qayıdıb. Daha sonra taksi Bakı istiqamətində hərəkətinə davam edib.

Hadisədən iki saat sonra Hacıqabul rayonunun Muğan kəndi ərazisində A.Kərimovu Qaradağ sakini, 1987-ci il təvəllüdlü Güləliyev Orxan Vəzir oğlunun idarə etdiyi yük avtomobili vuraraq öldürüb. Mərhum A.Kərimovun qardaşı polisə onun üzərində olan pulun oğurlanması barədə şikayət edib.

Bir müddət əvvəl Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs - əvvəllər məhkum olunmuş, Göygöl rayonunda məskunlaşan Kəlbəcər sakini, 1993-cü il təvəllüdlü Yusibov Elməddin Abariz oğlu saxlanılıb.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Sınəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi