Sorğu
Оцените работу движка

14 İyn 17:42Olke

“Azərsun Holdinq”-ə Təşəkkürnamə təqdim edildi

“Azərsun Holdinq”-ə Təşəkkürnamə təqdim edildi


14 iyun Ümumdünya qan donoru günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı qan donorluğunda fəal iştirakına və minlərlə qana ehtiyacı olan insanın həyatını xilas etdiyinə görə “Azərsun Holdinq”-ə Təşəkkürnamə təqdim edib.

APA-ya istinadən Respublikaxeber.az xəbər verir ki, Azərbaycanın qida sənayesində qabaqcıl şirkətlərdən olan “Azərsun Holdinq” üçün insanların sağlamlığı ən vacib məsələlərdən biri olduğundan, şirkət bu məsələyə xüsusi həssaslıqla yanaşır və müxtəlif sosial aksiyalar həyata keçirir.

Şirkətlər qrupu artıq 14 ildir ki “Siz qan verməklə başqalarına həyat verirsiniz!” şüarı altında qanvermə aksiyası keçirir. Qanvermə aksiyalarında “Azərsun Holdinq”-in İdarə Heyətinin sədri cənab Abdolbari Goozal olmaqla şirkətin minlərlə əməkdaşı aktiv şəkildə iştirak edir. Toplanan donor qanları Tibbi Ərazi Bölələrini İdarəetmə Birliyinin Mərkəzi Qan Bankına təhvil verilir.

Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” bundan sonra da ənənəvi qanvermə aksiyasılarını keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verəcək.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi