Sorğu
Оцените работу движка

20 Dek 18:10Olke

Bakıda havada yanaraq yerə düşən obyekt nədir? - AÇIQLAMA + YENİLƏNİB

Bakıda havada yanaraq yerə düşən obyekt nədir? - AÇIQLAMA + YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakı sakinləri bu gün səhər saatlarında havada yanaraq yerə doğru hərəkət edən obyekt görüblər.

Respublikaxeber.az bildirir ki, bununla bağlı sualı “trend”ə Azərbaycan Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov cavablandırıb.

O bildirib ki, fəzada çoxlu sayda müxtəlif ölçülü göy cisimləri mövcuddur. Onlar müxtəlif səbəblərdən aşınaraq öz orbitini tərk edir və istənilən istiqamətə uça bilir.

“Onlardan bir neçəsi də yer orbitinə daxil ola bilir. Yer kürəsində böyük sürət nəticəsində yüksək temperatura qədər qızır və aşınır. Belə cisimləri meteorlar adlandırırlar. Onlar yerə düşəndə isə daş parçası formasında olur. Meteoritlər müxtəlif ölçüdədir. Onların böyüklərinə bolidlər deyirlər. Bolidlər daha parlaq formada olurlar. Onlar yerə çatmadan kül olurlar. Bakı səmasında müşahidə olunan cisim bu tip cisimlərdəndir”, – deyə qurum rəsmisi bildirib.

***


Ötən gecə Bakı səmasında naməlum uçan obyekt görünüb.

Respublikaxeber.az xəbər verir ki, görüntülər “Xəbər Ertəsi” proqramında paylaşılıb.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi