Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 İyn 12:36Olke
Ötən il Azərbaycan nefti nəzərdə tutulduğundan baha satılıb - RƏSMİ
“Qeyri-neft sənayesinin istehsalının 14 faiz, kənd təsərrüfatı istehsalının 7,3 faiz, əhalinin real gəlirlərinin 4,7 faiz, orta aylıq əməkhaqqının 14 faiz artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub”.
Oxu.Az-a istinadən Respublikaxeber.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ötən il dünya üzrə həm məcmu tələb, həm də ticarətin artım templərində azalma müşahidə olunub:
“Belə ki, qlobal iqtisadi artım 2018-ci ildəki 3,6 faizdən 2019-cu ildə 2,9 faizə enib. Azərbaycanda isə əksinə, 2018-ci ilə nisbətən iqtisadi artım 0,7 faiz sürətlənərk 2019-cu ildə 2,2 faizə çatıb. Qeyri-neft sektoru üzrə iqtisadi artım isə 3,5 faiz təşkil edib. Xüsusi vurğulamaq istərdim ki, 2019-cu ildəki iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Artımda energetika sahəsinin rolu minimuma enib. Ümumiyyətlə, qeyri-neft sektorunun ümumi daxili məhsulda 2018-ci ildəki 58,3 faizdən 2019-cu ildə 61,7 faizə qalxıb. ÜDM-in xərclər üsulu ilə tərkibinin təhlili göstərir ki, 2018-ci ildən fərqli olaraq, 2019-cu ildə iqtisadi artıma daxili tələbi artması vasitəsilə nail olunub. Bu da iqtisadiyyatda ən effektiv üsul sayılır”.
Millət vəkili söyləyib ki, inflyasiya səviyyəsi hesabat ili üçün proqnozlaşdırılmış göstəricilərdən az olub. Manatın məzənnəsində müşahidə olunan sabitlik də bu nəticəyə mühüm təsir edib.
2019-cu ildə ölkənin strateji valyuta ehtiyatları artaraq 51,4 milyard dollar təşkil edib ki, bu da ÜDM-in həcmindən çoxdur. 2019-cu ildə tədiyyə balansının cari əməliyyatlar balansında 4,3 milyard manat həcmində profisit qeydə alınıb.
Hesabat ilində “Azəri Layt” markalı xam neftin dünya bazarlarında bir barelinin satış qiymətinin orta hesabla 66,9 dollar olması büdcə gəlirlərinin icra edilməsi üçün münbit iqtisadi zəmin yaradıb.
Halbuki, 2019-cu ilin büdcə layihəsinin tərtibi zamanı xam neftin bir barelinin qiyməti 60 dollar həcmində nəzərdə tutulmuşdu.
T.Mirkişililin sözlərinə görə, 2019-cu il üçün icmal büdcənin gəlirləri 34 milyard manat və ya proqnoza nisbətən 4,8 milyard manat çox, xərcləri isə 26,5 milyard manat icra olunub.
“İcmal büdcədə proqnoza nisbətən 5,6 milyard manat və ya dörd dəfə çox, yəni 7,5 milyard manat profisit yaranıb.
2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon manat olmaqla, proqnoza qarşı 1 milyard 50 milyon manat və ya 4,5 faiz çox icra edilib.
Ötən il dövlət büdcəsinin xərcləri 97 faiz icra edilməklə, 24 milyard 426 milyon manat təşkil edib.
Proqnoza nisbətən büdcə xərclərinin az icra olunmasına baxmayaraq, heç bir sosial layihənin, prioritet xərclərin və tədbirlərin ixtisar olunmaması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”, - deyə komitə sədri əlavə edib.
O, dövlət borcunun idarə olunmasında səmərəliliyin və çevikliyin artırılmasından da danışıb.
Deputat bildirib ki, dövlət borcu, zəmanət üzrə öhdəliklərin Təminat Fondununun vəsaitlərindən daha düzgün istifadəsi hesabına 2019-cu ildə əlavə borclanmaya gedilib. Lakin ilin sonuna ölkənin dövlət borcunun həcmi 164 milyon ABŞ dolları məbləğində azalıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi