Sorğu
Оцените работу движка

11 İyn 15:23Olke

Apteklər ünvana çatdırma xidməti göstərəcək - Bu ərzailərdə

Apteklər ünvana çatdırma xidməti göstərəcək - Bu ərzailərdə

Xəbər verildiyi kimi, yeni növ koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA -ya istinadən Respublikaxeber.az xəbər verir ki, qeyd olunan tarixlərdə sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilmişdir.

Fəaliyyət göstərəcək apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Qeydiyyat bitdikdən sonra sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək.

Əliyeva Sənəm
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: