Sorğu
Оцените работу движка

15 Dek 17:45Olke

Vilayət Eyvazov bu federasiyanın prezidenti SEÇİLDİ

Vilayət Eyvazov bu federasiyanın prezidenti SEÇİLDİ

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Respublikaxeber.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Atıcılıq Federasiyanın yeni prezidenti seçilib.

Konfransda həmçinin, İsmət Əliyev və Zemfira Meftahəddinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Vilayət Eyvazov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəsisslərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi