Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Dek 16:48Olke
Eldar Mahmudov “ölüb”, amma “haqq işi” yaşayır VƏ RUHU HAKİMLƏRİ TƏQİB EDİR...
Respublikaxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Keçmiş MTN rəhbəri Eldar Mahmudovun başçılıq etdiyi cinayətkar dəstənin ləğvindən altı il ötdü. Dəmir barmaqlıqlar arxasına düşən generallardan bəziləri, misal üçün Akif Çovdarov, artıq azadlıqdadır, digər paqonlu qulyabanılar isə cəzalarını çəkməyə davam edirlər.
Mahmudovun bandası illər boyu operativ işin xüsusiyyətləri ilə pərdələnərək on minlərlə cinayət törədib. Yüzlərlə iş adamı, ictimai xadim və sadə vətəndaş bu dəstənin qurbanı olub, Azərbaycanın dövlət təhlükəsizliyi sistemi şantaj, hədə-qorxu, zorakılıq maşınına çevrilərək MTN-in hər şeyə qadir şefinin və onun əhatəsinin varlanmasına xidmət edib.
Bu cinayətlərdə Eldar Mahmudovun rolu həm MTN-in həbs olunan əməkdaşlarının, həm də onların qurbanlarının çoxsaylı ifadələrində təsdiqini tapıb. Yüzlərlə cildlik cinayət işlərində izlər birbaşa MTN-in rəhbərliynə aparır. Bununla belə, Eldar Mahmudovun həbsi barədə qərar qəbul olunmayıb - o, sadəcə ictimaiyyətin nəzərindən yayınaraqq, bəzi xəbərlərə görə özünün Bakıdakı çoxsaylı bağlarından birində özünə qapanıb.
Mahmudovun milyardları və daşınmaz əmlak kolleksiyası
Bu şəxs uzun illər Azərbaycanda az qala ən nüfuzlu məmur sayılıb. Mahmudov həm vicdanlı sahibkarları, həm də onların əliəyri həmkarlarını talamaqla böyük sərvət toplayıb, ekspertlər bu sərvətin bir neçə milyard dollar həcmində olduğunu bildirirlər. Ancaq Mahmudov öz nüfuzunun zirvəsində olanda, bircə imza ilə yüzlərlə insanın taleyini məhv edəndə də anlayırdı ki, onun kriminal imperiyası geci-tezi dağılacaq. Odur ki, milyonlarını ardıcıl olaraq xaricə daşıyırdı və bu işdə ona qohumu - Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev yardım edirdi.
Eldar Mahmudovun nəqd pula ehtirasından başqa daha bir “hobbi”si vardı - general... daşınmaz əmlak kolleksiyası toplayırdı. MTN-in yüksək rütbəli zabitləri sistemli reketlə məşğul olaraq öz qurbanlarından mənzillərini onların adına keçirilməsini tələb edirdilər, həmin mənzillərin ən yaxşıları isə Eldar Mahmudova və ailəsinin üzvlərinə çatırdı. Və MTN cnayətkar dəstəsinin darmadağın edilməsindən 6 il sonra da məhkəmələr itirdikləri mənzillərini geri tələb edən qurbanların çoxsaylı iddiaları ilə dolub daşır.
Əməkdaşlarımızın “Elektron məhkəmə” portalında apardıqları kiçik bir monitorinqin yekunda Mahmudovlar ailəsinin əlində cəmlənən daşınmaz mülkiyyətlə bağlı bir neçə maraqlı işi üzə çıxdı.
“Elips-R” şirkətindən ələ keçirilən 309 min manatlıq mənzil
Şikayətçilərdən biri Bakının Nəsimi rayonunda üç bloklu yaşayış kompleksinin inşası ilə məşğul olan “Elips-R” mənzil-tikinti kooperativinin sədri Rauf Bayramovdur.
2014-cü ilin yayında şirkətin ofisinə eyni vaxtda beş MTN əməkdaşı gəlir. Onlar MTN sədri Eldar Mahmudovun əmri ilə gəldiklərini bildirir və Bayramovu həbslə hədələyərək ondan ya pul verməsini, ya da tələb olunan məbləğin ekvivalenti olaraq mənzil tələb edirlər. Bərk qorxan rəhbərlik elə yerindəcə MTN şefinin əmisi oğlu İlham Mahmudovun adına order tərtib edir və həmin orderə görə, İlham Mahmudov binanın üçüncü blokunda mənzil üçün 309 min manat “ödəyib”. Aydındır ki, “Elips-R” şirkətində İlham Mahmudovu heç vaxt görməyiblər.
"Elips-R" şirkətinin tikdiyi həmin bina
Vəziyyətin paradoksallığı ondadır ki, zorakılığa məruz qalan iş adamları MTN rəhbərinin qohumuna tikintisinə hələ başlanılmamış binanın üçüncü blokunda mənzil “satıblar”. Üstəlik, “Elips-R” şirkəti həmin binada mənzil satışını heç elan da etməmişdi. Sonralar yaşayış binasının iki blokunun tikintisi başa çatdırılır, üçüncünün tikintisinə isə müəyyən səbəblərdən başlanılmır. Nəticədə İlham Mahmudov özünün virtual 309 min manatına görə mövcud olmayan binada mənzil alır.
2015-ci ildə Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan, onun cinayətkar qruplaşması ifşa olunandan sonra “Elips-R” rəhbərliyi rahat nəfəs alır - hesab etmək olardı ki, şirkətə hücumla və mənzil tələbi ilə bağlı hadisə artıq keçmişdə qalıb. Ancaq yox! Bir müddət sonra İlham Mahmudov məhkəməyə müraciət edərək “Elips-R” şirkətindən… 309 min manat tələb edir.
MTN əməkdaşlarının həbslə hədələyərək tələb etdiyi pulların indi də məhkəmə qaydasında onlardan tələb olunmasına şirkət rəhbərliyinin reaksiyasını təsəvvür etmək çətin deyil.
Yeri gəlmişkən, “Elips-R” şirkətinin “virtual” mənzillə bağlı işi həmin siyahıda heç də yeganə iş deyil.
“Rich” şirkətinin rəhbərliyinə təhdidlər: 3 mənzilin əvəzinə 2 mənzil...
Oxşar vəziyyətlə Bakının Yasamal rayonunda, Nazim Hikmət küçəsi, 27 ünanında yaşayış binası inşa edən “Rich” mənzil-tikinti şirkəti də qarşılaşıb.
MTN əməkdaşları “Rich” şirkətinin ofisinə gələrək bildiriblər ki, inşa olunan bina Eldar Mahmudovun çox xoşuna gəlib və ona orada üç mənzil ayrılmasını istəyir. Şirkət rəhbərliyi cavab olaraq mənzilləri MTN rəhbərinə satmağa məmnunluqla hazır olduqlarını bildiriblər, ancaq deyiblər ki, hədiyyədən söhbət gedə bilməz.
Çekistlər əliboş çıxıb gedirlər, ancaq tezliklə “Ric”h şirkətinin sahiblərinə Bakı meriyasından zəng olunur və ciddi problemlərlə hədələyərək onlardan MTN rəhbərinin “xahiş”ini yerinə yetirmələri tələb edilir. Daha sonra Eldar Mahmudovdan “kompromiss” təklif gəlir: MTN rəhbəri tikinti şirkətinin sahiblərinə inşa olunan binada üç mənzilin əvəzində Təhsil Nazirliyinin yaxınlığında tikilən binadan Eldar Mahmudovun qızı Nərgizə məxsus olan iki mənzili təklif edir.
Ancaq “Rich” şirkətinin rəhbərləri bu mübadiləni qeyri-bərabər sayaraq ondan imtina edirlər. Belə olanda MTN əməkdaşları şirkət rəhbərlərini açıq-aşkar hədələyərək əgər mənzillər Eldar Mahmudova verilməzsə biznesini əllərindən alacaqlarını bildirirlər. Çıxış yolu qalmır və “Rich” Nərgiz Mahmudovaya üç mənzil verərək əvəzində iki mənzil alır.
MTN-dəki cinayətkar dəstə ifşa olunandan sonra “Rich” rəhbərliyi əllərindən alınan mənzilləri geri qaytarmaq üçün Yasamal rayon məhkəməsinə müraciət edərək Nərgiz Mahmudova ilə bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edir. Ancaq məhkəmə işini uduzurlar.
Arif Qaraşov 5 mənzil aldı, amma onları Nərgiz Mahmudovanın adına keçirdilər
Çoxsaylı iddiaçıların siyahısında daha çox təəccüb doğuran isə Qaraşov soyadlı şəxsin iddiasıdır.
Məsələ ondadır ki, yaxın zamanda Konstitusiya məhkəməsində Arif Qaraşovun onun mülkiyyətinin zorla MTN-in keçmiş rəhbərinin qızı Nərgiz Mahmudovanın xeyrinə əlindən alınması ilə bağlı iddiaya baxılacaq. Söhbət Kərəm Həsənovdan əvvəl Dövlət daşınmaz əmlak reyestri Xidmətinə rəhbərlik edən və ölkədə yetərincə tanınmış məmur olan Arif Qaraşovdan gedir.
Arif Qaraşovun Ali məhkəmənin mülki kollegiyasının qərarından verdiyi kassasiya şikayətində bildirilir ki, o, 2006-cı ilin avqustunda “Caspian Service” MMC ilə müqavilə bağlayır(haqqin.az əvvələr bu şirkət haqqında insanların yaşamaq hüquqlarını əllərindən alan Sultanov qardaşlarının özbaşınalığı barədə məqalədə yazıb). Müqaviləyə görə, Arif Qaraşov Yasamal rayonu, Qutqaşınlı küçəsi, 500-cü məhəllə ünvanında tikilən 18 mərtəbəli mansardlı binada ümumi sahəsi 769,6 kvadrat metr olan 5 mənzil alır. Sonralar məlum olur ki, müqaviləyə baxmayaraq “Caspian Service” şirkəti həmin mənzilləri Eldar Mahmudovun qızı Nərgiz Mahmudovaya verib. Maraqlıdır ki, həmin müqavilə əsasında Dövlət Reyestri Xidməti 2012-ci ildə Nərgiz Mahmudovaya mənzillər üçün mülk kağızı verib. Baxmayaraq ki, həmin binada başqa heç bir mənzilin bu cür mülk kağızı yoxdur.
Arif Qaraşov öz iddiasında bildirir ki, heç vaxt həmin mənzillərə olan hüququndan imtina etməyib və onlar Nərgiz Mahmudovaya qanunsuz olaraq verilib.
Hüquqlarının pozulması ilə rastlaşan Arif Qaraşov Yasamal məhkəməsinə iddia ilə müraciət edir və işi udur: məhkəmənin 18 dekabr 2019-cu il tarixli qərarı ilə “Caspian Service” və Nərgiz Mahmudova arasında bağlanmış müqavilə qanuni qüvvəsini itirir və mənzillərin iddiaçıya qaytarılması qərarı çıxarılır.
Mahmudovun qızının apellyasiya şikayəti: hakimlər Mahmudovun tərəfini tutur
Cavab olaraq Nərgiz Mahmudova apellyasiya şikayəti verir və yuxarı instansiya məhkəmələri gözlənilmədən bu mülkiyyət mübahisəsində Eldar Mahmudovun tərəfini tutmağa başlayırlar. O, əvvəlcə apellyasiya məhkəməsində qalib gəlir, sonra isə Ali məhkəmə Arif Qaraşovun şikayətini rədd edir. Keçmiş məmur pozulmuş hüquqlarının bərpası ümidi ilə hazırda Konstitusiya məhkəməsinə müraciət edib.
Bizim bu işlə bağlı Qaraşovdan şərh almaq üçün bütün cəhdlərimiz uğursuzluqla nəticələndi - o, bu haqda danışmaqdan imtina etdi. Bununla belə, Qaraşovlar ailəsinə yaxın olan mənbə ilə görüşdük və işin bəzi təfsilatlarını aydınlaşdıra bildik.
Məlum olub ki, Arif Qaraşov 2006-cı ildə binanın 12-ci mərtəbəsində beş mənzil alıb. Bir qədər sonra, “Caspian Service” şirkəti maliyyə çətinlikləri ilə qarşılaşanda Qaraşovla tanışlıqdan yararlanaraq ona 18-ci mərtəbədəki mənzilləri almağı da təklif edib.
Mahmudovun yavəri Qaraşovun yanına yollanır və deyir ki...
Arif Qaraşovla Eldar Mahmudovun tanışlığı sonuncunun MNT rəhbəri təyin olunmasından xeyli əvvələ təsadüf edir. 2012-ci ildə Qaraşov Mahmudovun qəbuluna düşür və köhnə tanış kimi mehribanlıqla qarşılanır. Ancaq bir neçə gün sonra Mahmudovun yavəri Qaraşovun yanına gəlir və nazirin Qaraşovun 12-ci mərtəbədə aldığı mənzilləri almaq istədiyini çatdırır. Əvəzində Qaraşova başqa yerdə elə həmin cür mənzillər təklif olunur.
Qeyd edək ki, bu, 2012-ci ildə - Eldar Mahmudovun nüfuzunun zirvəsində olduğu vaxt baş verir. MTN rəhbərinin istənilən istəyi o vaxtlar yazılmamış qanun sayılırdı, onun varlanmaq hərisliyi və sonsuz acgözlüyü isə dillər əzbəri idi.
Bununla belə, Qaraşov generalın təklifindən imtina etməyə özündə cəsarət tapır və yavər öz müdirinin yanına əliboş dönür. Ancaq bir müddət sonra Qaraşovun yanına Mahmudovun adamları yenidən gələrək ona imtinasının MTN rəhbərində hiddət doğurduğunu söyləyir və MTN rəhbərinin “xahiş”ini yerinə yetirməsini məsləhət görürlər.
Qaraşov MTN əməkdaşlarının təklifi ilə həmin vaxt Bakı meriyasında kooperativ mənzillərin tikintisi İdarəsinə rəhbərlik edən Elman Fətiyevlə görüşə yollanır. Arif Qaraşova tikilməkdə olan kooperativ binalardan birində mənzillər təklif olunur - həmin binadakı mənzil fondunun 10%-i Bakı İH-nə ayrılmalı idi. Ancaq Qaraşov başqa aillələrin illərlə gözlədiyi mənzilləri götürmək istəmir.
Mahmudovun qızı və oğlu
Arif Qaraşov MTN tərəfindən təzyiqlərə uzun müddət duruş gətirə bilməyəcəyini anlayaraq “Caspian Service” şirkətinin ofisinə gedir və 12-ci mərtəbədəki mənzillərin alqı müqaviləsinin pozulması haqda yazılı ərizə yazaraq ödədiyi pulları geri istəyir. Müqavilə elə həmin gün ləğv olunur. Bu vaxt Arif Qaraşov müqavilədə həyat yoldaşının adından formal imza qoyur ki, bunu istənilən məhkəmə ekspertizası müəyyənləşdirə bilər. 12-ci mərtəbədəki mənzillərdən imtina etdiyinə görə Qaraşovlar ailəsi nə “Caspian Service”-dən, nə də Eldar Mahmudovun qızından kompensasiya alır. Sonralar aydınlaşır ki, həmin mənzillər müxtəlif şəxslərə satılıb, əldə olunan vəsait isə Eldar Mahmudova çatdırılıb. 12-ci mərtəbədəki mənzillərlə bağlı tarixçə burada bitir.
Ancaq Eldar Mahmudov 12-ci mərtəbədəki mənzilləri Qaraşovun əlindən almaqla dayanmır. Fırıldaq yolu ilə onun qızının adına 18-ci mərtəbədəki mənzillər də keçirilir. Onlardan isə Arif Qaraşov heç vaxt imtina etməyib və hüquqlarını bərpa etmək üçün mübarizə aparır.
Beriya və Mahmudov
Çətin ki, kimisə Eldar Mahmudovun yeni “qəhrəmanlıqlar”ı ilə təəccübləndirmək mümkün olsun: bu şəxs olduqca çox cinayət törətməyə, olduqca çox insanın taleyini məhv etməyə imkan tapıb. Təəccüb doğuran başqa şeydir: niyə onun və kriminal imperiyasının çökdürülməsindən altı il sonra da məhkəmələr MTN-in keçmiş rəhbərinin qohumlarının tərəfini saxlamaqda davam edir, Mahmudovun qurbanları isə öz hüquqlarını bərpa edə bilmirlər?
Tarixçilər yazır ki, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin qüdrətli şefi Lavrenti Beriya 1953-cü ildə edam olunandan sonra da bu şəxsin obrazı hələ bir neçə il təkcə sıravi vətəndaşlarda yox, həm də Sov.İKP-nin görkəmli xadimlərində panik qorxu yaratmaqda davam edirmiş. Doğrudanmı, tarix təkrarlanır və bütün səlahiyyətlərini itirmiş Eldar Mahmudov hələ də onun qohumlarının maraqlarını məhdudlaşdırmaqdan çəkinən məhkəmə işçilərinə qorxu təlqin edir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ