Yeni XəbərLər
				
				
					
	“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
	31.12
	"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
	19.10
	Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
	20.09
	Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
	20.09
	FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
	14.09
	BAKIDA BU YOLLARDA SIXLIQ VAR
	12.09
				
			
					Arxiv
				
				
			
					Sorğu
				
				Оцените работу движка
		13 Dek 10:58Olke
	
	Bakının mərkəzində dönərdən kütləvi zəhərlənmə: Bəzilərinin vəziyyəti orta-ağırdır - YENİLƏNİB
Daxili İşlər Nazirliyi (DİN) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
Respublikaxeber.az xəbər verir ki, DİN-nin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub:
“Hazırda Nəsimi RPİ-də bununla bağlı araşdırmalar aparılır”.
10:42
Bakıda dönərxanalardan birində baş vermiş kütləvi zəhərlənmə iddiası ilə bağlı rəsmi qurumlar hərəkətə keçib.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
10:26
“Zəhərlənən şəxslərin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu deyib.
E.Hidayətoğlu bildirib ki, zəhərlənən şəxslərdən biri evə buraxılıb:
“Səkkiz nəfərdən biri qadın, digərləri kişidir. Zəhərlənənlərin dediyinə görə, dönəri “28 Mall” yaxınlığında yerləşən dönərxanalardan birindən alıblar. Hadisə ötən gün saat 13:00-17:00 aralığında baş verib. Bu adamların xəstəxanaya müraciəti bir neçə saat ərzində artıb. Zəhərlənənlərdən bəzilərinin vəziyyəti orta-ağır, bəzilərinin vəziyyəti isə stabildir”.
10:10
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
Onun sözlərinə görə, zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətirilib:
“İlkin məlumatlara görə, müxtəlif vaxtlarda dönərdən zəhərlənən səkkiz nəfər gətirilib. Onlardan biri yeniyetmədir”.
Yorum ekle
		
						Xəbərlər
						
						
							“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
						
					
							Istifadəçi Girişi
						
						
					
							Populyar Xəbərlər
						
						

