Sorğu
Оцените работу движка

26 May 09:20Olke / Iqtisadiyyat

Ev tikənlərə ŞAD XƏBƏR: Qiymətlər endi

Ev tikənlərə ŞAD XƏBƏR: Qiymətlər endi

Havaların isinməsi tikinti bazarında canlanma yaradıb. Satıcıların sözlərinə görə bəzi məhsulların ucuzlaşması bunda öz rolunu oynayır.
Son günlər tikinti materialları bazarında canlanma yaşanır. Havaların getdikcə isinməsi bu sahədə alıcı sayını artırıb. Satıcılar deyir ki, bəzi məhsulların qiyməti düşüb. məsələn rusiyadan gətirilən taxta əvvəlki aylarla nisbətdə ucuzlaşıb.

Armaturların qiymətlərində də enmə var. diametr12 milli metr k armatur 60 qəpik, 14-lük isə 80 qəpiyə təklif edilir. Əvvəl isə qiymətlər 70 qəpik və 90 qəpik idi. 1 kisə sementin qiyməti isə 5 manat 50 qəpikdən başlayır və 6 manata qədər davam edir. yəni qiymət bir neçə aydır ki dəyişməyib.

Təmir materiallarına gəldikdə isə, son günlər tavan lövhələrinin alıcıları artıb.

Oboyların qiymətləri də ucuzlaşıb. Satıcılar bildirir ki, son 2 ildə alıcılar əsasən maye oboylara üstünlük verirlər. Bunun da əsas səbəbi həmin məhsulun nəmişiyə davamlılığıdır. Əsasən ipək tərkibli olan maye oboyların qiymətləri isə əlçatandır

Laminatlar isə əsasən Rusiyadan gətirilir. 1 kv metr laminatın qiyməti 10 manatdan təklif edilir. Satıcılar bildirirlər ki, qiymətlərdə cuzi də olsa artım var.

Satıcılar bildirirlər ki, yaxın bir neçə ayda qiymətlərin artması gözlənilmir.

Ətraflı "Xəzər" TV-nin reportajında:
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: