Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Dek 09:46Olke
Başçının I müavini işdən çıxarıldı: Növbədə kimlər var?
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 1-ci müavini Ramiz Şabanov tutduğu vəzifədən azad olunub.
Respublikaxeber.az xəbər verir ki, Ramiz Şabanov bu ilin sentyabrında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunan polis polkovniki Faiq Şabanovun qardaşıdır. YAP-ın Tərtər şöbəsinin sədri olan Ramiz Şabanovun işdən azad edilməsinin səbəbi kimi 44 günlük Vətən müharibəsi günlərində rayonda əhalinin evlərinə, təsərrüfatlarına dəymiş ziyanın doğru-dürüst müəyyən edilməməsi ilə bağlı olduğu deyilir. Bildirilir ki, İcra Hakimiyyətinin Aparat rəhbəri kimi Ramiz Şabanovun səriştəsizliyi, işini düzgün qurmaması müharibə günlərində düşmən mərmi və raketlərinin partlaması nəticəsində dağılmış, zərər görmüş evlərin sahiblərində ciddi narazılıq yaradıb. Ölkə rəhbərliyinə bununla bağlı çoxsaylı müraciətlər və şikayətlər göndərilib. Nəticədə Ramiz Şabanov tutduğu vəzifədən çıxarılıb.
Yerli qaynağımız qeyd edir ki, yaxın günlərdə başçının sosial iqtisadi məsələlər üzrə müavini Abbas Cavadovun, ərazi idarəetmə orqanları ilə iş şöbəsini müdiri Fizuli Əliyevin və memarlıq və tikinti şöbəsinin müdiri Tofiq Kərimovun də tutduqları vəzifədən azad ediləcəkləri gözlənilir.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi günlərində düşmən Tərtər şəhərini və ətraf yayıyış məntəqələrini intensiv artilleriya atəşinə tutub. Ümumilikdə rayonun ərazisinə 13 min 136 mərmi düşüb. Nəticədə 118 ev təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. 30 yardımçı tikili tam dağılıb, 50-nə isə ziyan dəyib. Bu müddət ərzində erməni təxribatları nəticəsində Tərtərdə 19 sosial obyektə, 8 istehsal obyektinə, 44 ticarət mərkəzi və 18 inzibati binaya ziyan dəyib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi