Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 May 11:00Olke
Fitrə zəkatını necə çıxarmalı və kimlərə verməli?
Bu gün mübarək Ramazan ayının sonuncu günüdür.
Bəs fitrə zəkatının necə və nə qədər çıxartmalı, kimlərə verilməlidir? Və yaxud kimlərə fitrə zəkatı vermək olmaz?
Mövzu ilə bağlı ilahiyyatçı Emil Rahiloğlu danışıb: “İlk olaraq fürsətdən istifadə edib bütün müsəlmanların bayramını təbrik edir, Allahdan oruc namazlarının qəbul olmasını diləyirəm. Fitrə zəkatı hər il mübarək Ramazan ayının son gecəsindən, yəni bayram axşamından, ya bayram günü zöhr azanına qədər hər bir imkanı çatan müsəlmanın öhdəsinə düşən, şəriət baxımından vacib olan ictimai aksiyadır. Başqa sözlə ifadə etsək, fitr sədəqəsi insanı Ramazan ayına çatdıran, Ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqədir. Bu söz, yəni ”fitr" kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Bu kəlmə dilimizdə keçmiş dövrdən bəri “fitrə” şəklində işlədilir ki, o da ərəb dilindəki “fitra” sözündən gəlib, “yaradılış”, “fitrət” deməkdir. Bu mənada fitrə, yəni fitr sədəqəsi Allahın bizləri kainatda ən uca varlıq (insan) kimi yaratmasının müqabilində edilən təşəkkürün bir ifadəsidir".
İlahiyyatçı fitrə zəkatının təsirlərindən söz açıb: “Bu əməl, bayram günlərində kasıb insanların süfrəsindən tutmuş geyim-keciminə qədər, sosial həyatın bütün sahələrinə təsir edir ki, bu da xüsusən belə bir dönəmdə olduqca mühüm məsələlərdən biridir. Beləliklə, fitrə varlı ilə yoxsulun bir-birinə qaynayıb-qarışmasına, onlar arasındakı uçurumun müəyyən qədər aradan qalxmasına səbəb olur. Varlı kasıba sevgi ilə, kasıb da varlıya hörmət və ehtiramla baxmağa başlayır. Qısqanclıq hissləri korşalır, qəlblər yumşalır, yardımlaşma duyğusu iliklərədək hiss edilir. Fitrə zəkatının az miqdarda təyin edilməsi bəlkə də hamının bu ilahi əməli yerinə yetirməyə, maddi imkanının çatması ilə əlaqədardır ki, Allah hamıdan qəbul etsin”.
Fitrə zəkatı kimə və necə verilməlidir?
İlahiyyatçı sualı bu cür cavablandırdı: “Fitrə zəkatı - Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, təqribən 3 kiloqram öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş və düyü kimi qidalardan müstəhəqqə (ehtiyacı olan fəqirə) verməlidir. Təxmini adambaşı iki manat, iki manat əlli qəpikdən hesablana bilər. Əlbəttə, maddi imkanı yol verən şəxslər ən bahalı xurmadan da hesablaya bilər. Ən bahalı xurma hazırda Fələstin xurmasıdır ki, təxminən bazar qiyməti 25-35 manat arası dəyişən qiymətlərlə satılır.
Amma “müstəhəq olan şəxs və ya fəqir kimə deyilir?” sualına gəlincə, ümumi olaraq deyə bilərik ki, özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsi də olmayan bir şəxs fəqirdir. Həmçinin həmin şəxsin fitrə zəkatı verməsi də vacib deyil. Əksinə, belə bir şəxslərə fitrənin verilməsi vacibdir. Sonda bunu da qeyd edim ki, fitrə zəkatı vermək istəyən insanlar fitrəni verməzdən öncə şəriət kitablarından bu mövzu haqqında qısa da olsa maraqlanmalıdırlar. Çünki bir çox incəliklər var ki, onların hamısını bir yazıda qeyd etmək mümkün deyil".
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi