Sorğu
Оцените работу движка

12 May 17:20Olke

Araz Abdullayev “Qarabağ” karyerası ilə bağlı susqunluğunu pozdu

Araz Abdullayev “Qarabağ” karyerası ilə bağlı susqunluğunu pozdu

“Qarabağ”ın futbolçusu Araz Abdullayevin gələcək karyerasına aydınlıq gəlmək üzrədir.

28 yaşlı yarımmüdafiəçi Azərbaycan idman mətbuatında yazıldığı kimi, müqavilə ilə məxsus olduğu Yunanıstanın “Panionios” klubuna qayıtmayacaq.

Buna səbəb onun 2018-ci ilin iyulun 7-də Afina klubu ilə bağladığı iki illik müqavilənin müddətinin başa çatmasıdır.

Araz Abdullayevin “Qarabağ”da qalmayacağı da dəqiqdir. Onun Ağdam klubu ilə 2018-ci ilin avqustun 31-də bağladığı icarə müqaviləsinin müddəti başa çatır. Son oyunlarda ehtiyatda gününü keçirən Araz artıq özünə yeni klub axtarışına başlayıb.

İdmançının özü isə saytımıza açıqlamasında karyerası ilə bağlı heç nəyin bilinmədiyini qeyd edib:

“Qarabağ” mənə yeni müqavilə təklif etməyib. Hələ heç nə bilinmir. Düzdür, Yunanıstan klubu ilə də müqaviləm başa çatır. Amma karyeramı xaricdə davam etdirməyimlə bağlı yazılanlar doğru deyil. Hazırda gözləmə mövqeyindəyəm. Görək, bu işlərin sonu necə olur”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi