Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 May 08:00Olke
Gəncədə xüsusi karantin rejimi tələblərinin icrasına nəzarət gücləndirilir
Ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar öz töhvəsini verməkdədir. Gəncədə də bu sahədə müvafiq işlər görülür. COVİD-19 infeksiyasına qarşı mübarizənin ilk günlərindən Gəncədə maarifləndirmə tədbirlərinə start verilib. Belə ki, 20 mart 2020-ci il tarixdən etibarən Gəncədə Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Gəncə Şəhər İcra Hakimiyyətində, daxilində bir nəfər DİN əməkdaşı da olmaqla, 32 mobil qrup yaradılıb. mobil qrupların üzvləri əhali arasında maarifləndirmə tədbirləri aparır, xüsusi karantin rejimi qaydalarına riayət olunmasının önəmini xatırladırlar.
Buna paralel olaraq, şəhərin küçə və prospektlərində, qəsəbələrində, çoxmənzilli yaşayış binalarında, uşaq bağçaları, məktəb və universitetlərdə, habelə Gəncə Uşaq Evi, Gəncə Şəhər 2 saylı Körpələr evi, Gəncə “SOS” Uşaq Kəndi, o cümlədən Gəncə Şəhər Pensiyaçıların Ərzai Sosial Xidmət Mərkəzində dezinfeksiya işləri aparılıb və aparılır. Bunlarla yanaşı Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı olan sakinlərə və yaşayış gəlirləri aşağı olan ailələrə yardımlar paylanılır. Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq, mayın əvvəlinə olan məlumata görə, Heydər Əliyev Fondu tərəfindən 7000-ə yaxın, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 300-ə yaxın, digər müəssisə, təşkilat və iş adamları tərəfindən isə 2000-ə yaxın aztəminatlı ailəyə və tənha ahıl şəxsə sovqat paylanılıb. Həmçinin RİH-lərin könüllü əməkdaşları tərəfindən yaşı 65-dən yuxarı yüzlərlə nəfər tənha şəxsə (o cümlədən, müxtəlif səbəblərdən tənha yaşayan şəxslərə) sosial xidmətlər göstərilib.
Yerli televiziya, radio və xəbər saytlarında təbliğat işləri həyata keçirilib. Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən “Həyat evdədir” devizi altında 2 sosial çarx hazırlanaraq, ictimaiyyətə təqdim edilib.
Gəncə Şəhər Baş Polis İdarəsi xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə nəzarət üçün Gəncənin giriş-çıxışlarında 8, daxilində isə 17 post qurulub. Şəhər üzrə xüsusi karantin rejimi qaydalarının pozulması ilə bağlı faktlar aşkarlanıb, qada pozanlar barəsində aidiyyatı məhkəmənin qərarı ilə inzibati həbs seçilib. Xüsusi karantin rejiminin qorunub saxlanılması istiqamətində idarə və tabeli orqanlar tərəfindən müvafiq addımlar atılır. Belə ki, xüsusi karantin rejimi tələblərinin icrasını təmin etmək məqsədi ilə şəhərdə 800-dən çox polis və hərbiçi çalışır. Bank, ATM, iri market və apteklərin qarşısında, o cümlədən əhalinin sıx olduğu ərazilərdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları vəziyyəti nəzarət altında saxlayırlar.
Bütün bunlarla yanaşı, Gəncədə müasir molekulyar laboratoriya qurulub. Tibb işçiləri və ximət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVİD-19 testi aparılıb. Bu istiqamətdə işlər davam etdirilir. Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamına əsasən Gəncədə 200 çarpayılıq modul tipli xəstəxananın inşasına başlanılıb. Daxili yoluxma hallarının aşkarlanması, virusa yoluxmuş şəxslərin dərhal izolyasiya olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyəsinə uyğun olaraq ictimai nəqliyyat vasitələrində dezinfeksiya işlərinə fevral ayından başlanılıb və hazırda da davam edir. Avtobuslarla yanaşı, şəhərdə taksi xidməti göstərən avtomobillər də dezinfeksiya olunublar. Sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitələri sürücülərinin hər biri COVİD-19 testindən keçirilib. Onların tibbi maska və dezinfeksiyaedici məhlullardan istifadə etməsinə xüsusi nəzarət olunur. Diqqətəlayiqdir ki, Gəncə ŞİH-nin başçısı cənab Niyazi Bayramov şəxsən özü şəhərdaxili marşrutlar üzrə hərəkət edən bəzi avtobuslara minərək tədbirlərin necə keçirildiyini müşahidə edib. Niyazi Bayramov və raon rəhbərliinin nümayəndələri həmçinin şəhərdə fəaliyyət göstərən iri market və mağazalara, geyim dükanlarına baş çəkib, qeyd olunan məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar. Şəhər rəhbəri apteklərdə kifayət qədər tibbi maska, spirt və əlcəklərin olub-olmaması ilə maraqlanıb. Əczaçılar bildiriblər ki, satışda kifayət qədər tibii maska, spirt və əlcək mövcuddur. Bununla yanaşı bank və ATM-lərin qarşısında dayanan vətəndaşlarla söhbət aparılıb, növbə zamanı 2 metrlik ara məsafəsinin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) heyvanların koronavirusu insanlara ötürə biləcəyinə dair heç bir sübut olmadığını açıqlayıb. Azərbaycanda da belə hala rast gəlinməyib. Koronavirusun yayılmasında heyvanların (mal-qara və ev heyvanlarının) rolu ilə bağlı heç bir sübut və heyvanların həyatını təhlükə altına ata biləcək tədbirlərin görülməsi üçün heç bir əsas yoxdur.
Gəncəyə də iri və xırdabuynuzlu mal-qaranın yük maşınları vasitəsilə kəsim məqsədilə daşınmasına məhdudiyyət yoxdur. Kənd təsərrüfatı məhsullarının, o cümlədən kəsim məqsədilə heyvanların orta və iritonnajlı maşınlarla daşınmasına qadağa qoyulmayıb. Nazirlər Kabinetinin müvafiq qərarlarında da bu məhdudiyyətlər nəzərdə tutulmayıb.
Bununla belə, Gəncənin mal bazarında satışa çıxarılan heyvanlar ciddi baytar-həkim nəzarətindən keçirilir, insanlara xəbərdarlıq edilir ki, xəstə və ya naməlum səbəblərdən ölən vəhşi heyvanların və ya mal-qaranın ətini doğramaq, satmaq, bişirmək və ya istehlak etməkdən çəkinməlidirlər; hər hansı bir qeyri-adi xəstəlik və ya heyvan ölümü barədə müvafiq orqanlara məlumat verilməlidir.
Arzu edək və inanaq ki, bu ilki əks-epidemik tədbirlər müasir Azərbaycanın tarixində birinci və axırıncı olacaq, xalqımız, o cümlədən ölkəmizin ikinci paytaxtı sayılan Gəncə zamanın bu sınağından üzüağ çıxacaqdır.
Qoşqar Haqverdiyev
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi