Sorğu
Оцените работу движка

09 May 15:30Olke

Teymur Rəcəbovun komandası superfinal şansını itirdi

Teymur Rəcəbovun komandası superfinal şansını itirdi

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı Onlayn Millətlər Kubokunda bu gün son iki tur keçiriləcək.

Şahmatçımızın yer aldığı “Dünyanın qalan hissəsi” komandası dünən Hindistana 1,5:2,5 (Teymur Vişvanatan Ananda uduzub) və ABŞ-a 1:3 hesabı ilə uduzub (bu turda Teymura istirahət verilib).

Dünya komandası bu gün IX turda Rusiya, X turda Avropa yığması ilə qarşılaşacaq. Teymurun bu gün müvafiq olaraq Yan Nepomnyaşi və Maksim Vaşye-Laqravla qarşılaşacağı gözlənilir.

Qeyd edək ki, Teymur Rəcəbovun cəmi iki xala malik olan komandasının sabah keçiriləcək superfinala vəsiqə qazanmayacağı dəqiqləşib. Onun komandası bu gün iki qələbə qazanmaqla yalnız turnir cədvəlinin sonuncu pilləsindən qurtula bilər.

15 xalı olan Çin yığmasının superfinala vəsiqəsi təmin olunub. Asiyalıların rəqibi isə ABŞ və ya Avropa yığması ola bilər. Avropa komandası ABŞ-dan bir xal geridədir. Bu gün IX turda ABŞ – Avropa qarşılaşması məhz bu baxımdan maraq doğurur.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi