Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 May 14:20Olke
Azərbaycanda yeni qadağalar QÜVVƏYƏ MİNDİ – Parlament təsdiqlədi
Kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanılması, artırılması, yaxud birbaşa və ya dolayı yolla başqa şəxslərə verilməsi qadağan olunur.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, aşağıdakı fəaliyyətlər də qadağan olunacaq:
– kimyəvi silahın tətbiqi;
– kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıq iştirak etmək;
– bu qanunla qadağan olunan fəaliyyət növünü həyata keçirmək məqsədilə hər hansı bir yolla başqa şəxslərə kömək etmək və ya təhrik etmək;
– ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək;
– “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1 saylı siyahısında göstərilən kimyəvi maddələri konvensiyanın iştirakçısı olan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlət ərazisindən tranziti;
– Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1 və 2 saylı siyahılarında göstərilən kimyəvi maddələrin konvensiyanın iştirakçısı olmayan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti;
– Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 3 saylı siyahısında göstərilən kimyəvi maddələrin konvensiyanın iştirakçısı olmayan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti.
Konvensiyaya uyğun olaraq, aşağıdakı məqsədlər üçün həyata keçirilən fəaliyyətlərə yol verilir:
– kimyəvi maddələrdən sənaye, kənd təsərrüfatı, tədqiqat, tibbi, əczaçılıq, yaxud digər dinc məqsədlər üçün istifadə;
– kimyəvi silahlara və ya toksik kimyəvi maddələrə qarşı müdafiə ilə bilavasitə bağlı olan məqsədlər üzrə fəaliyyət;
– kimyəvi maddələrin toksik xüsusiyyətlərin kimyəvi silahların tətbiqi və müharibənin aparılması vasitəsi kimi istisna olmaqla, digər hərbi məqsədlər üçün istifadə;
– kimyəvi vasitələrdən qanunçuluğun təmin edilməsi, o cümlədən ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı mübarizə məqsədləri üçün istifadə.
Qanunla qadağan olunan fəaliyyətlər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan hüdudlarından kənarda yaşayan vətəndaşlarına da şamil edilir.
Bu qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ