Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Avq 12:02Olke
Bakı kimi böyük şəhəri, 3 milyondan çox insanın yaşadığı yeri şifahi sözlə kiməsə tapşırıblar... - bu, biabırçılıqdır
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin növbəti məhkəməsində maraqlı məqamlar açıqlanıb. R.Quliyev ifadəsində deyib ki, 2017-ci ilin sentyabrında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun vəfat etməsi ilə əlaqədar olaraq səlahiyyətlərinin icrası müvəqqəti olaraq aparat rəhbəri kimi ona həvalə edilib.
“21 aprel 2018-ci il tarixdə Hacıbala Abutalıbovun baş nazirinin müavini vəzifəsinə təsdiq edilməsindən sonra mən, başçı müavini vəzifəsini müvəqqəti icra edən şəxs kimi zəruri sənədlərə qol çəkmişəm, icra hakimiyyətinin fəaliyyətinə rəhbərlik etmişəm”. Onun sözlərinə görə, Abutalıbovdan bu vəzifənin icrasının Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırılıb-razılaşdırılmadığını soruşub. O da razılaşmanın “şifahi” olduğunu bildirib. Bu barədə yazılı razılıq olmayıb. R.Quliyevin ifadəsi onu deməyə əsas verir ki, BŞİH bir neçə ay “avtopilotda” idarə olunub və rəsmi olaraq heç kim Abutalıbovun səlahiyyətlərini yerinə yetirməyib və indi baş vermiş qanunsuzluğa görə heç kim məsuliyyəti üzərinə götürmür.
Necə ola bilər ki, paytaxt Bakı bir neçə ay şifahi razılıq əsasında kiməsə həvalə edilsin? Əgər o zaman paytaxtda, məsələn, texnogen qəza baş versəydi, onun məsuliyyəti kimin üzərinə qoyulacaqdı? Bu nonsens görünən qərar Abutalıbov - Mehdiyev tandeminin özbaşınalığıdır, yoxsa məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilməlidir?
Çünki R.Quliyev rəsmi sərəncam olmadan paytaxtı müvəqqəti idarə etdiyini deməyə çalışır və hər hansı məsuliyyət daşımadığını məhkəmənin diqqətinə çatdırır: “Sonradan cənab Ramiz Mehdiyev tərəfindən icra hakimiyyətinə ünvanlanmış məktubda bildirilir ki, Rasim Quliyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində icra hakimiyyəti başçısının sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusudur. Qeyd edilir ki, başçının səlahiyyətlərini Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərdən biri həyata keçirir. Bu səlahiyyətlər məsələsi məndə təbii ki, şübhəli olaraq qaldığı üçün mən Hacıbala Abutalıbova sorğu ilə müraciət etmişdim və gələn cavab məni qane etməmişdi, təbii ki”.
R.Quliyevin bu ifadələri istənilən halda araşdırılmalıdır. Çünki ortada ciddi açıqlama var və məlum olur ki, ölkənin paytaxtı bir neçə ay “avtopilot”da idarə edilib. Şəhəri bir şifahi sözlə kiməsə tapşırmaq nə dərəcədə realdır və mümkündür? R.Mehdiyev bu dərəcədə başdansovdu iş görübsə, onun məsələ ilə bağlı izahatı olmalıdır. Axı söhbət hansısa məktəbin, yaxud bir müəssisənin müvəqqəti idarə edilməsindən getmir. Bakı kimi böyük şəhərin idarəçiliyi “avtopilot”a qoyulub və aylarla bu vəziyyət davam edib. Onsuz da Abutalıbovun dövründə şəhər təsərrüfatının idarəçiliyi yarıtmaz və bərbad idi. İndi gəlin təsəvvür edək ki, onu vəzifədən azad ediblər və “şifahi” şəkildə razılıq alınıb ki, R.Quliyev BŞİH-i idarə etsin. Hətta uzaq Liviyada, yaxud Əfqanıstanda da bəlkə belə absurd yanaşma olmayıb ki, Abutalıbovla Mehdiyev bunu bizim ölkədə sərgiləyiblər.
Respublikaxeber.az xeber verir ki, Deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Abutalıbovun Bakı şəhərinin başçısı olduğu dövrü itirilmiş müddət sayır: “Onun zamanında şəhər bərbad günə qoyuldu, şimaldan cənuba gecəqondular oldu. Bizdə hansısa müavini və ya şöbə müdirini tuturlar, guya rəhbərliyin xəbəri olmayıb. Ola bilər ki, hər şeyi rəhbər bilməsin, amma böyük məsələlər idarənin birinci şəxsi ilə razılaşdırılır. Ona görə inanmıram ki, dediyiniz şəxsin ciddi günahı olsun. O, kim olub? Ona deyiblər, o da icra edib. Bəlkə deyiblər ki, qol çək, o da çəkib. Yəni Rasim Quliyevin ciddi günahı olduğunu düşünmürəm”.
R.Nurullayev hesab edir ki, onilliklərlə büdcəni talan edənləri, xaos şəklində idarə edənləri, bütün şəhəri eybəcər şəkildə tikənləri kənara qoyub bir aparat rəhbərinin üzərinə düşə bilmərik: “Məncə, məhkəmə zalından azad olunmalıdır, o qədər tutulmalı adamlar var ki...”
REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, ən yumşaq halda desək, təəccüblü ifadələrdir: “Rasim Quliyevin məsuliyyətdən yayınması da ola bilər. Amma dövlət orqanları onun dedikləri ilə bağlı açıqlama verməlidirlər. Çünki faktiki olaraq bu vəzifəni icra edib. Şifahi şəkildə yüksək postu tapşırmaq dövlətçilik ənənələrinə daban-dabana ziddir. Belə bir halın olması mümkün deyil. Əgər olubsa, deməli, bugünkü idarəetmənin dizayn edilməsinə ciddi şəkildə zərurət var”.
N.Cəfərlinin sözlərinə görə, hökumət orqanları R.Quliyevin ifadəsinə reaksiya bildirməlidirlər: “Həmin şəxs qanunsuz əməllərini bu ifadə ilə sığortalamaq istəyirsə, bu da üzə çıxarılmalıdır. Hətta Abutalıbov məhkəmədə ifadə verməlidir. Axı belə idarəçilik olmur. Ümumiyyətlə, bu məsələ ictimaiyyətin diqqət mərkəzində olmalıdır və dövlət orqanlarından açıqlama istənilməlidir. Əks təqdirdə, çox qeyri-ciddi vəziyyət yaranır ki, Bakı kimi böyük şəhəri, 3 milyondan çox insanın yaşadığı yeri şifahi sözlə kiməsə tapşırıblar. Bu, biabırçılıqdır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi