Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Avq 22:37Olke
BİNƏQƏDİ İCRA BAŞÇISI ŞƏHİD BABASININ MÜRACİƏTİNƏ HƏSSAS YANAŞDI.
Respublikaxəbər.az saytının rəhbəri Elyaz Gülüyev qeyd edir:
Əziz və dəyərli izləyicilərimiz,
Hər birimizin bildiyi kimi, bir müddət bundan öncə bir - neçə rayonun "İcra başçısı" həm xalqın, həm də dövlətin əmlakını mənimsəmə, və.s qanunsuz əməllərinə görə işdən çıxarıldı və hətta barələrində cinayət işi başlanıldı. Bir müddət bundan öncə İctimaiyyət içərisində insanlar, bütün İcra başçılarının qanunsuzluqla məşğul olmalarından və insanlığa qarşı hörmətsizlik etmələrindən və sayğısızlıq göstərmələrindən də danışırdılar. Lakin işə obyektiv baxanda, ədalətlə yanaşanda düşünülən fikirlərin yanlış olmasına da rast gəlinir. Belə ki, yadınızdadırsa, bir müddət bundan öncə də digər üzdən iraq icra başçıları haqda danışıldığı kimi, Binəqədi RİH-nin başçısı cənab Elxan Allahverdiyevin də barəsində həqiqətə uyğun olmayan şayələr yayılmışdı ki, Binəqədi İcra başçısı şəhidlərə qarşı hörmətsizlik edir. Lakin bu gün biz şahidi olduq ki, Binəqədi RİH-nin başçısı cənab Elxan Allahverdiyev, şəhid babasının müraciətinə necə də həssas yanaşdı və dərhal həmin müraciətlə bağlı köməklik göstərilməsi üçün aidiyyatı üzrə göstəriş verdi.Hətta həmin müraciət müəllifi olan şəhid və babası Binəqədi rayon sakini deyil. Müraciət müəllifi olan şəhid və qazi babası Şəki şəhər sakini idi. Hətta cənab başçı Şəki şəhər sakini olan Şəhid ailəsinə belə hörmətlə yanaşdı. Onu qeyd edək ki, şəhid babasının etdiyi müraciət əsasında cənab başçının göstərişinə əsasən, Binəqədi RİH-nin səlahiyyətli şəxsi, müraciət məktubunda qeyd edilən mobil nömrə ilə əlaqə saxlayaraq şəhid babasını dəvət edir, zəngə cavab verən ailə üzvü,atasının (şəhid babasının) yaşlı insan və eləcə də yerimə qabiliyyətinin hədsiz dərəcədə ağır olduğunu bildirdikdə, RİH-nin məsul şəxsi bildirmişdir ki, o zaman elədirsə, ağsaqqalı narahat etməyin, qardaşınız da gəlsə olar. Baxın dəyərli izləyicilər, burada biraz haşa çıxaq, Məsul şəxsin etik davranışına diqqət yetirək. Həmin məsul şəxsin vətəndaşla bu şəkildə etik davranış qaydalarına riayət etməsi, həm onun ailə rəhbərindən aldığı tərbiyyəni, həm də rəhbərin göstərişlərini layiqli şəkildə icra edərək,nizamnamə qaydalarına əməl edərək, rəhbərinin gözəl bir rəhbər olmasını nümayiş etdirməsidir.Bu səbəbdən də, yəni ki, bu kimi hallara görə mən əvvəlcədən redaksiyanın rəhbəri olaraq fürsətdən istifadə edərək öncə özümün və sonra da redaksiya heyətimin adından Binəqədi RİH-nin başçısı cənab Elxan Allahverdiyevə, və icraatı aparan məsul şəxsə təşəkkürümü bildirirəm. Bundan əlavə də Elxan müəllim kimi əsl rəhbər vəzifəsinə layiq olan insanı Binəqədi RİH-nə başçı vəzifəsinə təyin edən cənab Prezidentimiz İlham Əliyevə də təşəkkür məktubu ünvanlayacam.
Diqqətiniz üçün minnətdarıq.
Respublikaxəbər.az.
Təsisçi,baş direktor: Elyaz Gülüyev
051 831 01 01
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi