Sorğu
Оцените работу движка

04 May 11:40Olke / Cemiyyet

Təhsil Nazirliyi dərsliklərin çapına doqquz milyon manat xərcləyəcək

Təhsil Nazirliyi dərsliklərin  çapına doqquz milyon manat xərcləyəcək

Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə dərsliklərin hazırlanması və çapı ilə bağlı keçirilən üç tenderin qaliblərini müəyyənləşdirib.

Tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderlərin qalibləri “Təhsil” Nəşriyyat Poliqrafiya MMC, “Çaşıoğlu Elm-İstehsalat” MMC və “Aspoliqraf LTD” seçiliblər.

Şirkətlərlə ümumi dəyəri 9 milyon manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, 2020-2021-ci tədris ilinə “Təhsil” Nəşriyyat Poliqrafiya tərəfindən ümumi təhsilin ictimai fənləri üzrə dərsliklərin, “Çaşıoğlu Elm-İstehsalat” tərəfindən ümumi təhsilin texniki fənləri və məktəbəhazırlıq proqramı üzrə dərsliklərin, “Aspoliqraf LTD” tərəfindən isə peşə ixtisasları üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işləri həyata keçiriləcək.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi