Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Avq 16:56Olke
Qonşu ölkələrdə dövlət məktəb bazarlığına pul ayırır, Azərbaycanda isə...
Azərbaycanda bir məktəblinin ən yaxşı halda məktəb xərcləri minimum 150 manatdan başlayır. Bura məktəbli forması, ayaqqabı, çanta və digər zəruri şeylər daxildir.
Respublikaxeber.az xəbər verir ki, bu haqda “Toplum TV”-yə danışan valideyn Əminə Paşayeva deyir ki, övladlarının təhsil xərcləri onun qazancından yüksəkdir.
Onun sözlərinə görə, 3 övladını sentyabrda məktəbə tam hazır etmək üçün 400-500 manat xərcləməlidir.
“İş orasındadır ki, bu qiymətlər yalnız dərs ilinin əvvəli üçündür. Pulu qənaətlə xərcləyim deyəndə ucuza qaçıram. Nəticədə ili yarılamamış birinin ayaqqabısı cırılır, birinin şalvarı solur. Borc-xərc tapıb, yenə eyni pulu xərcləməli oluram”.
Valideynin sözlərinə görə, heç bir sosial təminatı olmadığından məhrumiyyətlərə dözməli olur.
Rusiya nümunəsi – məktəb bazarlığına pul ayrılır
Bu il Azərbaycandan fərqli olaraq Rusiya yeni tədris ilində məktəbli valideynlərinə sosial paket hazırlayıb. Avqustun 16-dan başlayaraq məktəbli valideynləri yeni tədris ilinə hazırlıqla bağlı dövlətdən 10 min rubl məbləğində (təxminən 233 manat) birdəfəlik ödəniş alacaqlar. Ödəniş 6-18 yaş arasında olan bütün şagirdlərə şamil ediləcək və bu zaman ailənin maliyyə imkanları nəzərə alınmayacaq, yəni maddi gəlirindən asılı olmayaraq dövlət evində məktəbli olan olan hər bir ailəyə vəsait ayıracaq.
İqtisadçıların hesablamasına görə, dəstək proqramı Rusiyada 20 milyona yaxın şagirdi əhatə edəcək və vəsaitin ödənişi hökumətə 170 milyard rubla (4 milyard AZN) başa gələcək.
Gürcüstan və Türkiyədə oxşar təcrübə
Qonşu Gürcüstanda 2020-ci ildən 0-17 yaş aralığında uşaqların valideynlərinə 200 lari (109,83 AZN) sosial yardım verilir. Bunun üçün valideynlərdən birinin dövlətin müəyyənləşdirdiyi portalda qeydiyyatdan keçməsi kifayətdir.
Türkiyədə verilən sosial dəstək paketləri isə daha əhatəlidir. Bu həm məktəbliləri, həm də universitet tələbələrini əhatə edir. Məsələn, bu ölkədə maddi vəziyyəti aşağı olan, sığortası olmayan vətəndaşlar təhsil yardımından yararlanmaq imkanına sahibdirlər. Eyni zamanda Türkiyədə sosial dəstək layihəsi Sosial Yardımlaşma və Həmrəylik Fondları vasitəsilə aparılır.
Azərbaycanda valideynlərə yardımlar verilə bilərmi?
“Büdcənin təsdiqi zamanı təhsilə kifayət qədər vəsait ayrılıb. Digər ölkələrdə aparılan islahatların Azərbaycanda aparılmasının tərəfdarı deyiləm. İlk növbədə bu araşdırılmalı, sonrasa qərar qəbul edilməlidir”.
Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Kamilə Əliyeva belə deyir. O hesab edir ki, Azərbaycanda təhsilin səviyyəsi hər il güclənməkdədir və ölkə rəhbərliyi bu istiqamətdə böyük işlər görməyə davam edir.
“Həmçinin bəzi ölkələrin təhsilində müəyyən problemlər var: məktəblinin təhsildən yayınması, valideynin uşağı dərsdən ayırıb fiziki əməyə cəlb etməsi və sairə.
Bu baxımdan digər ölkələrdə aparılan islahatları eksperiment kimi bizdə sınamaq düzgün olmaz”, - K.Əliyeva bildirir.
Təhsil eksperti Elşən Qafarov isə Azərbaycanda bənzər təcrübəni yalnız ayrı-ayrı şirkətlərin tətbiq etdiyini söyləyir: “Məsələn, SOCAR öz işçilərinə bu praktikanı tətbiq etmişdi”.
Ekspert sosial dəstək paketlərinin stimullaşdırıcı hal olacağına diqqət çəkir: “Azərbaycanda bir şagirdin məktəbə hazırlığı təqribi 200-250 manat civarındadır. Belə proqramın bizdə də tətbiq edilməsi valideynlərin işini yüngülləşdirə, xərclərini qarşılamış olar”.
Pandemiya dövründə təhsil xərcləri 8% azalıb
Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri əvvəlki illə müqayisədə 8,1 faiz və ya 120,6 milyon manat azalaraq 1 milyard 363 milyon manat icra edilib.
Həmçinin təhsil xərcləri 1 milyard 450,1 milyon manat proqnoza qarşı 94 faiz və ya 87,1 milyon manat kəsrlə icra edilərək illik proqnozun 41,6 faizini təşkil edib.
Son 5 ildə (2016-2021-ci illər) təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6 faiz-bənd, natural ifadədə isə 1523,3 milyon manat və ya 86,8 faiz artıb.
Həmçinin 2021-ci ilin büdcə layihəsində təhsil xərclərinə 3 milyard 277,7 milyon manat vəsait ayrılacağı qeyd edilib.
Bu, 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8,0 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1085,5 milyon manat və ya 49,5 faiz çoxdur.
Eyni zamanda büdcə layihəsində əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 80 milyon manatın ayrılması nəzərdə tutulub.
Azərbaycanda nə pandemiya dövründə, nə də əvvəlki illərdə valideynlərin təhsil xərcləri qarşılanıb.
2020-ci ilin aprel ayından ölkədə təhsil müəssisələrinin fəaliyyətinə məhdudiyyət qoyulub, dərslər daha çox distant şəkildə keçrilib.
Onlayn formatda təhsil də ayrılıqda maddi imkan tələb edir. Onlayn dərslər internet, texniki resurs tələb etdiyindən məktəblilərin dərsə çıxış imkanları məhdud olub.
Sosial mediada yayılan məlumatlarda xüsusən ucqar rayonlarda yaşayan və maddi vəziyyəti aşağı olan ailələrin daha çox əziyyət çəkməsi diqqət çəkib.
Təhsil Nazirliyinin saytında yer alan məlumata görə, ümumi təhsil müəssisələrində hazırda 1 663 063 şagird təhsil alır. Bir şagirdin təhsil xərcinin orta hesabla 200 manat olduğunu nəzərə aldıqda bu proqramın icrası 332 612 600 manat tələb edir.
“İmkanlar var, ancaq mən Azərbaycan hakimiyyətindən bunu gözləmirəm...”
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğu belə fikirləşir.
İqtisadçı deyir ki, neftlə zəngin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi dövlətlər də ailənin təhsillə bağlı büdcəsini yüngülləşdirmək məqsədilə maliyyə tutumlu tədbirlər görüb.
Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin bahalaşdığını nəzərə aldıqda, Azərbaycan əvvəlki dövrlə müqayisədə indi daha çox neft gəlirləri əldə edib. Amma iqtisadçının qənaətincə, ölkənin maliyyə imkanları sosial, təhsil, səhiyyə məqsədi ilə deyil, daha çox korrupsiya tutumlu layihələrin maliyyələşməsinə istifadə edilir.
“Hakimiyyətin təhsilə münasibəti bəllidir. Üstəlik düşünmürəm ki, bunu yalnız təhsil büdcəsi ilə etmək mümkündür. Prezidentin Ehtiyat Fondundan, digər fondlardan da vəsait ayırıb bunu realllaşdırmaq mümkündür. Eyni zamanda büdcədə əsas bölməyə aid edilməyən fəaliyyətlərin maliyyələşdirilməsi üçün xərclər var ki, oradan da pul götürmək mümkündür. Düzünə qalsa, Azərbaycan hakimiyyətinin belə bir istəyi olduğunu görmürəm”, - Q.İbadoğu qeyd edir.
“Toplum TV” bununla bağlı Təhsil Nazirliyindən münasibət öyrənə bilməyib.
Əminə Paşayeva isə məktəbin başlamasına bir ay qaldığını və hökumətin nəhayət bu il onu kimi imkansızları sevindirəcəyinə inanmaq istəsə də, indidən ailədə necə deyərlər “kəmərləri bərkidir” ki, uşaqların əyin-başını təzələyə bilsin.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ