Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Avq 15:43Olke
İlkin qapanmada bu sahələr bağlanacaq - "İdman zalları, məscidlər, toylar..."
Son günlər koronavirusa yoluxma sayının 1000-dən yuxarı olduğunu müşahidə edirik.
Elə bu səbəbdən Operativ Qərargah tərəfindən karantin rejimin sərtləşdirilməsi ilə bağlı müzakirələrin aparılması ilə bağlı xəbərlər yayılıb.
Maraqlıdır, ilkin mərhələdə hansı qapanmalar tətbiq edilə bilər?
Respublikaxeber.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan həkim Aydın Əliyev karantin rejimin sərtləşdirilməsinin yoluxan şəxslərin ağırlaşmasından asılı olaraq həyata keçirilməli olduğunu bildirib:
“Budəfəki yoluxma sayının artımı ilə ötən dövr ərzində olan say arasında fərq var. Belə ki, biz tələb edirik ki, hazırda virusa yoluxan şəxslərin arasında ağırlaşma hallarının faizi açıqlansın. Təəssüflər olsun ki, bu rəqəmlər hələ də açıqlanmayıb. Məlum olduğu kimi hər il dünyada bir milyarda yaxın insan qrip virusuna yoluxur. Lakin buna baxmayaraq karantin rejimini tətbiq etmirik. Çünki bu xəstəlik səbəbi ilə vəziyyəti ağırlaşan şəxslərin sayı 0.1 faiz civarındadır. Koronavirusun son statistikasında da bu nəzərə alınmalıdır. Belə ki, yoluxmalarda ağırlaşma faizi 1-2 faizdirsə, ölüm halları 0.5 faizə bərabərdirsə, o zaman karantin rejiminə gərək yoxdur. Əgər faizlər yuxarıdırsa, bu halda qapanma ilə bağlı təkliflər vermək olar”.
Həkimin sözlərinə görə, ilkin qapanmanın hansı sahələrdə ola biləcəyini təxmin etmək üçün son yumşalmalara nəzər salmaq lazımdır:
“Karantin rejiminin sərtləşdirilməsi zamanı son yumşalmalara nəzər salmaq lazımdır. Yəni, toyların keçirilməsinə məhdudiyyət təbiq edilməli, idman zalları, məscidlərin, Mall-ların fəaliyyətinə bir müddətlik fasilə verilməlidi. Yəqin, ilk olaraq bu məhdudiyyətlər tətbiq ediləcək. Lakin dediyim kimi, bu qadağaların tətbiqi ağırlaşma sayından asılı olmalıdır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi