Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
02 Noy 17:18news
Çörəyin qiyməti bahalaşacaq? – Rəqəmlər nə deyir?
Bu ilin ilk 9 ayı ərzində xarici ölkələrdən Azərbaycana 182,7 milyon dollar dəyərində 689,6 min ton buğda idxal olunub.
Respublikaxeber.az xəbər verir ki, yeniavaz-ın açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı 29% azalıb.
Belə ki, 2020-ci ilin ilk 9 ayında 206 milyon dollar dəyərində 968,6 min ton buğda idxal olunduğu halda, bu ilin ilk 9 ayında 183 milyon dollar dəyərində 689,6 min ton budxa idxal edilib.
Bu, həm də o deməkdir ki, ölkəyə idxal olunan buğdanın gömrük dəyəri yüksəlib. Əgər ötən ilin ilk 9 ayında idxal olunan buğdanın 1 kiloqramının gömrük dəyəri 21,3 sent (36,2 qəpik) olubsa, bu ilin ilk 9 ayında bu göstərici 26,5 sent (45 qəpik) olub. Göründüyü kimi idxal olunan buğdanın gömrük dəyəri 24% bahalanıb.
Onu da bidirək ki, ölkədə taxıl biçini başa çatıb. Oktyabr ayının əvvəlinə olan məlumata görə buğda sahələrinin 100%-i biçilib və 1 milyon 885,4 min ton məhsul toplanıb. Ötən ilin analoji dövründə bu göstərici 1 milyon 867,3 min ton olub. Son bir ildə taxıl istehsalı cəmi 0,9% artıb.Məlumat üçün qeyd edək ki, Azərbaycanda buğdaya olan illik tələbat təxminən 3 milyon tona bərabərdir və bunun da təxminən 2,5 milyon tonu ərzaq məhsullarının istehsalı üçün istifadə olunur.
Rəqəmlərdən də göründüyü kimi, yerli istehsal əvvəlki illərdə olduğu kimi bu il də ölkənin daxili tələbatını ödəməyə çatmayacaq. Nəticədə buğdaya olan ehtiyacımızın yenə də 1/3-ni idxalın hesabına təmin edəcəyik. Bu səbəbdən də idxal buğdanın qiymətində baş verən dəyişiklik özünü daxil bazarda da hiss etdirə bilər.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi