Sorğu
Оцените работу движка

19 Okt 15:12news

Gənc jurnalistin istintaqı YEKUNLAŞIR

Gənc jurnalistin istintaqı YEKUNLAŞIR

Həbsdə olan jurnalist, “Azadinfo.az” saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) barəsində olan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.

Respublikaxeber.az xəbər verir ki, bu barədə modern.az-a jurnalistin vəkili Araz Nurməmmədov bildirib.

Vəkil qeyd edib ki, bu günlərdə müvəkkili Mahir Ələkbərovla onun saxlanıldığı Bakı İstintaq Təcridxanasında görüşüb:

“Məhkəmənin müvəkkilim barəsində ədalətli qərar verəcəyinə inanıram. Mahir Ələkbərovla görüş zamanı məhkəmənin onun barəsində verəcəyi qərardan asılı olmayaraq dövlətə, dövlət başçısına olan sədaqəti və güvəninin dəyişməz olduğunu bildirdi. Mahir Ələkbərovla görüş zamanı sağlamlığında heç bir problem olmadığını və saxlanma şəraitindən razılığını ifadə etdi. Məhkəmənin ədalətli qərar verəcəyinə inandığını dedi”.

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.

O Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham edilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi