Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Okt 18:05news
Cinayət işində Səfər Əbiyevin adı keçir: Polkovnikin şok ifadəsi... – MTN İŞİ
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun cinayət işi məhkəmə prosesi keçirilib.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Mirzəli Yusifov ifadə verib.
O bildirib ki, uzun müddət zabit kimi Müdafiə Nazirliyində çalışıb, polkovnik rütbəsi daşıyıb. 2009-cu ildən 2013-cü ilədək Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsində işləyib.
Mirzəli Yusifov deyib ki, 2007-ci ildə Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilib: “Orada məni saxta ittihamla cinayət işi açacaqlarını və məni həbs edəkləri ilə şantaj elədilər. Məndən əvvəlcə 275 min dollar, sonradan 25 min dollar pul aldılar. Sonralar daha 15 min dollar pul verməyə məcbur oldum. Ümumilikdə məndə 315 min dollar alınıb”.
Mirzəli Yusifovun sözlərinə görə, 2013-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad olunduqdan sonra onu Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsi dəvət ediblər: “Orada məni döydülər, qulaqlarımın pərdəsi deşildi. 300 min dollar pul istədilər. Bir də Müdafiə naziri Səfər Əbiyevin əleyhinə ifadə verməyimi tələb etdilər. Mən imtina elədim. Hətta dedilər ki, səni də tutacağıq Səfər Əbiyevlə eyni kamerada qalacaqsan. O biri kamerada isə general Məmməd Beydullayev və kontr-admira Şahin Sultanov olacaq.
Mən qəti şəkildə bundan imtina etdim. Söz verdilər ki, səni tutduracağıq. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay həbs cəzası çəkmişəm”.
Növbəti proses oktyabrın 21-də davam edəcək.
İstintaq orqanı tərəfindən Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.
İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.
Onlar zərərçəkmişlər Dilşad Aslanovadan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar alıblar.
Zərərçəkmiş Mirzəli Yusifov mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları (535 500 manat) maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.
Digər zərərçəkmişlər Rahib Ağayev tərəfindən Nizami Şirinov və Elcan Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olduğu elan olunub.
Zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ