Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Okt 17:47news
Azərbaycanda yeni peşə təhsili ixtisasları YARADILDI

Nazirlər Kabineti 31 oktyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqamətinin “İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Qrafik dizayner”, “Kompüter şəbəkə inzibatçısı”, “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisasları, eləcə də yeni “Kosmetologiya” ixtisas qrupu əlavə edilib.
Bundan başqa, “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqamətinin “Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Mebel ustası” ixtisası, “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqamətinin “Avtomobillərin təmiri – sürücülük” ixtisas qrupuna “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası, “İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqamətinin “Yeyinti məhsulları istehsalı avadanlıqları” ixtisas qrupuna “Üzümçülük və şərab ustası” ixtisası, “İnşaat və arxitektura” peşə istiqamətinin “İnşaatda sanitar-texniki sistemlərin hissə və qovşaqları” ixtisas qrupuna “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisası əlavə edilib.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi

Populyar Xəbərlər