Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Okt 16:07news
Qadınların gəlirləri kişilərdən çoxdur: Azərbaycanda insanlar ən çox nəyə pul xərcləyir? - ARAŞDIRMA
Azərbaycanda bu il adambaşına düşən gəlirlərin həcmi azalıb, bununla yanaşı ölkədə bir nəfərin payına düşən istehlak xərcləri də az olub. Maraqlı fakt ondan ibarətdir ki, ölkədə qadınların adambaşına düşən gəlirləri və xərcləri kişilərdən daha çoxdur.
Respublikaxeber.az xəbər verir ki, Oxu.Az-ın Azərbaycanda ev təsərrüfatlarının tədqiqinə dair araşdırmasına görə, 2021-ci ilin birinci yarısında əhalinin adambaşına düşən gəlirlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisə 0,2 faiz azalıb.
Bu il ölkə üzrə bir nəfərin payına düşən gəlir 287,6 manat olub. İqtisadi rayonlar üzrə gəlirlərin bölgüsünə nəzər salsaq, ən çox adambaşına düşən gəlir Bakıda (321,5 AZN), ən az isə Lənkərandadır (277 AZN).
Bu il ölkədə adambaşına düşən istehlak xərcləri isə 0,1 faiz azalaraq 302,4 manat olub. Ən çox pul xərcləyənlər isə 18-29 yaş arasındakı gənclərdir. Ümumilikdə isə qadınların xərcləri kişilərin xərclərinə nisbətən daha çoxdur. Əgər ay ərzində bir qadının istehlak xərcləri 314,1 AZN-dirsə, bir kişinin xərci 302,1 AZN-dir.
Ev təsərrüfatı başçısının cinsinə görə bölgüsündə qadınların adambaşına düşən gəlirləri kişilərin gəlirlərini üstələyir. Qadınlar üzrə adambaşına düşən gəlir 305,4 AZN ikən, kişilərdə isə bu göstərici 294,4 AZN-dir.
Ali və peşə təhsilli şəxslərin gəlirləri ibtidai, ümumi orta və tam orta təhsilli şəxslərin gəlirlərindən daha çoxdur. Digər maraqlı fakt ondan ibarətdir ki, bu il 18-29 yaşındakı şəxslərin adambaşına düşən gəlirləri (312,6 manat) və 60-dan yuxarı olan şəxslərin gəlirləri (309,1 manat) digər yaş qruplarından daha çox olub.
Azərbaycanda istehlak xərclərinin böyük qismini ərzağa sərf etdiyimiz vəsaitlər təşkil edir. Üstəlik, Bakı şəhəri və iqtisadi regionlar üzrə vəsaitlərin xərcləndiyi istiqamətlər tam fərqlidir. Bakı şəhərində bir nəfərin ortalama istehlak xərci 324,7 AZN-dir. Paytaxtda bir nəfərin ərzaq məhsullarına xərclədiyi ortalama vəsait isə 149,1 AZN-dir. Bu rəqəmə əsasən ölkədə ən çox Bakı şəhərində ərzağa pul xərclənir.
Bakı şəhərindən sonra Naxçıvan Muxtar Respublikasında istehlak xərcləri nisbətən çoxdur. Burada adam başına istehlak xərclərinə 321,7 AZN-dir. Bölgədə adambaşına 139,5 AZN ərzaq xərci düşür. Digər iqtisadi rayonlarda da həmçinin adambaşına ən çox pul ərzağa xərclənir.
Bəs ərzaqdan sonra ən çox nələrə pul xərcləyirik?
Bakıda, Naxçıvanda, Abşeron, Yuxarı Qarabağ zonasında insanlar ərzaqdan sonra ən çox ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa pul xərcləyir. Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Aran, Dağlıq Şirvan bölgəsində isə insanlar ərzaqdan sonra su, işıq, qaz və digər yanacaq növlərinə vəsait sərf edir.
Yeganə Quba-Xaçmaz zonasıdır ki, burada insanlar ərzaqdan sonra ən çox mehmanxana, kafe və restoran xidmətlərinə, Kəlbəcər-Laçın regionunda isə nəqliyyat xidmətlərinə pul xərclənir.
Ərzaq məhsullarına, alkoqollu içkilərə, səhiyyə xidmətlərinə ən çox Bakı regionunda, tütün məmulatlarına Dağlıq Şirvanda, paltar, ayaqqabı, ev əşyaları, məişət texnikası, evə gündəlik qulluğa, istirahət və mədəniyyət xidmətlərinə ən çox Naxçıvan Muxtar Respublikasında pul xərclənir.
Su, işıq, qaz və digər yanacaq növlərinə ən çox Şəki-Zaqatalada, nəqliyyat xidmətlərinə Kəlbəcər-Laçın, rabitə xidmətlərinə ən çox Abşeron, mehmanxana kafe və restoranlara isə Quba-Xaçmaz bölgəsində vəsait sərf olunur.
Ölkədə tütün məmulatları və alkoqollu içkilərə, rabitə xidmətlərinə, mehmanxana, restoran və kafelərə ən çox 18-29 yaşındakı gənclər pul xərcləyir. Paltar və ayaqqabıya 50-59 yaş arası şəxslər, su, işıq və digər yanacaq növləri, ev əşyaları, texnika, səhiyyə xidmətlərinə, istirahət və mədəniyyət xidmətlərinə 60 yaşdan yuxarı şəxslər, nəqliyyat və təhsil xərclərinə isə 40-49 yaşlı şəxslər daha çox vəsait ayırır.
Qeyd edək ki, ölkəmizdə 18 yaşına qədər uşağı olanlar daha az pul xərcləyir nəinki uşağı olmayanlar. Belə ki, uşağı olmayan ev təsərrüfatlarının adambaşına aylıq xərci 355,3, uşağı olan ev təsərrüfatlarının istehlak xərcləri isə 278,3 AZN-dir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi