Sorğu
Оцените работу движка

05 Apr 16:26news

Partlayışa görə həbs edilən menecer obyekti qardaşı ilə birgə açıbmış - FOTOLAR

Partlayışa görə həbs edilən menecer obyekti qardaşı ilə birgə açıbmış - FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.

Respublikaxeber.az qafqazinfo-ya istinadla verdiyi məlumata görə, məlum olub ki, O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində "Z Place" adlı gecə klubunu işlədib. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti icarəyə götürərək oranı "Location" gecə klubu adı ilə açıblar.

Fotoda Elşən Səfərov və qardaşı Orxan Səfərov

Qeyd edək ki, gecə klubunu icarəyə götürərək işlədən “Merser Food” MMC-nin hazırda 711 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi əvvəllər Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur. Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.

Fotoda solda Orxan Səfərov, sağdakı isə "Merser Food" MMC-nin keçmiş qanuni nümayəndəsi Qulu Umudov:


Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi