Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
30 Mar 15:28news
Fərruxda tapılan meyit qalıqları kimlərə aiddir? - açıqlama
Xocalı rayonunun Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb. Bu qalıqların Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş əsgərlərimizə aid olduğu iddia edilir. Qalıqların ermənilər tərəfindən toplu şəkildə basdırılan mülki vətəndaşlarımıza aid olması barədə də söyləntilər var.
Respublikaxeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayilov açıqlama verib. O, bildirib ki, hər iki versiyanın doğru olması mümkündür.
“Azərbaycan Ordusu Birinci Qarabağ müharibəsində Fərrux dağının zirvəsinə qədər qalxmamışdı. Tapılan qalıqlar arasında əsgərlərimizin də olması istisna deyil. İlkin analizdən sonra mütləq bütün suallara cavab tapacağıq”.
F.İsmayılov bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşən 5 minə yaxın soydaşımızın kiçik qisminin belə sağ qaldığına ümidi yoxdur:
“Onları kütləvi şəkildə öldürüb basdırıblar. Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər. Xocavənd rayonunun Qaradağlı kəndində əvvəllər mal-qaranı yemləmək üçün silos tipli quyular qazılırdı. Bəzi söyləntilərə görə, həmin quyularda da insanlar basdırılıb. Bu baxımdan belə qənaətə gəlirəm ki, Birinci Qarabağ müharibəsindən sonrakı dövdə ermənilər Fərrux ərazisində tam sərbəst şəkildə bu cür kütləvi məzarlar yaradıblar. Orada əsgərlərlə bərabər mülki vətəndaşlarımızı da basdırıblar”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi