Sorğu
Оцените работу движка

16 Mar 17:41news

Bakıdakı dəhşətli qəzada xəsarət alanların adları - SİYAHI + YENİLƏNDİ

Bakıdakı dəhşətli qəzada xəsarət alanların adları - SİYAHI + YENİLƏNDİ

Suraxanı rayonunda baş verən ağır qəzada xəsarət alan üç nəfərin kimlikləri müəyyən olunub.

Respublikaxeber.az Oxu.Az-a istinafən xəbər verir ki, hadisə nəticəsində yaralananlar 1973-cü il təvəllüdlü E.Həsənov, 1975-ci il təvəllüdlü V.Həsənov və 1983-cü il təvəllüdlü Q. Zeynalovdur.

Həkim müayinəsi zamanı yaralılara müvafiq olaraq sağ və sol qolların əziyi, döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Onlardan ikisi evə buraxılıb, biri isə müalicəsini xəstəxanada davam etdirir.

14:46

Suraxanı rayonunda baş verən ağır qəzada üç nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub:

“Daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb”.

14:08

Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub.

Bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.

Bildirilib ki, Suraxanı rayonu, Aeroport yolunda betonqarışdıran maşın “Opel” markalı avtomobilin üzərinə aşıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı Oxu.Az-a təsdiqləyib:

“Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir. Hadisə nəticəsində xəsarət alanlar var”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi