Sorğu
Оцените работу движка

15 Mar 10:36news

Əhalinin NƏZƏRİNƏ - Sabahdan etibarən...

Əhalinin NƏZƏRİNƏ - Sabahdan etibarən...

Bayram ərəfəsində bölgələrə üz tutan vətəndaşların sayı adi günlərə nisbətən çox olur. Bununla əlaqədar Bakı Beynəlxalaq Avtovağzal Kompleksi də sabahdan etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qurumdan bildirilib ki, sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün, xəttə əlavə avtobuslar buraxılacaq.

Respublikaxeber.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bayrama görə rayonlararası avtobusların sayı artırılacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qurumun mətbuat katibi Samir Səfərov bildirib ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq, koronavirus pandemiyası ilə əlaqədar avtovağzal və avtostansiyalarda avtonəqliyyat vasitələri, eləcə də gözləmə zalları, xidməti otaqlar, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirlib.

Şəhərlərarası, rayonlararası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı respublikanın 56 avtovağzal və avtostansiyasılarına müvafiq tapşırıqlar verilib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi