Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Fev 10:10news
Daha bir beynəlxalq təşkilat media ilə bağlı İlham Əliyevə çağırış etdi
Robert Mahoney: “Sizi “Media haqqında” Qanunu ləğv etməyə çağırırıq”
Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Robert Mahoney Azərbaycan Prezidenti İlham Əliyevə fevralın 8-də imzaladığı “Media haqqında” Qanundan narahatlığını ifadə edən məktub yazıb.
Komitənin icraçı direktoru yazır ki, qanun digər tədbirlərlə yanaşı, informasiya agentliklərinin bağlanması və bloklanması üçün əsasları xeyli genişləndirir, habelə tanınmış KİV-lər üçün məhdudlaşdırıcı dövlət reyestrini təsis edir.
“Qanun qeyri-müəyyənlik və ağır tələblərlə doludur. Görünür, qəsdən ölkəni işıqlandıran azad medianın qalan son qalalarını məhv etmək üçün nəzərdə tutulub. Sizi Azərbaycanda müstəqil media ictimaiyyəti arasında geniş yayılmış qanuna qarşı etirazı tanımağa və bu qanunu ləğv etmək üçün addımlar atmağa, həmçinin ondan heç vaxt mətbuat mənsublarına qarşı istifadə olunmamağa çağırırıq”, – deyə məktubda qeyd olunur.
Məktubda həbsdə olan jurnalistlər – Polad Aslanov və Əfqan Sadıqovun taleyindən də narahatlıq ifadə olunub: “Polad Aslanov 2019-cu ilin iyun ayından dövlətə xəyanət ittihamı ilə dəmir barmaqlıqlar arxasındadır. 2020-ci ilin noyabrında o, 16 il müddətinə azadlıqdan məhrum edilib. Polad Aslanov uzun müddətdir xroniki ürək xəstəliyindən əziyyət çəkirdi və həbsdə olduğu müddətdə vəziyyəti daha da pisləşib. Uzun müddətdir ki, dişlərində problem var. Həmçinin revmatizm və digər xəstəliklərdən ciddi əziyyət çəkməsinə baxmayaraq, həbsxana rəhbərliyi ona müalicə olunmağa köməklik göstərməyib”.
“Aslanov çəkisinin az olmasına baxmayaraq, həbsxana rəhbərliyinin ədalətsiz cəzasına və kobud rəftarına etiraz olaraq 4 dəfə aclıq aksiyası keçirib. Bu ilin yanvarında keçirdiyi son aclıq aksiyası zamanı çəkisi cəmi 40 kiloqrama düşüb. Həkimlər onun bədəninə daimi fiziki ziyan vurmaq riski olduğu barədə xəbərdarlıq ediblər”, – deyə Robert Mahoney bildirib.
Robert Mahoney xatırladır ki, P.Aslanovun şikayəti üzrə Ali Məhkəmədə keçiriləcək iclas fevralın 24-nə təyin edilib: “Bu tarix Azərbaycan hakimiyyəti üçün ədalətsizliyi düzəltmək və nəhayət, Aslanova qarşı ittihamları dərhal və qeyd-şərtsiz ləğv etmək üçün yaxşı fürsətdir”.
İcraçı direktor Əfqan Sadıqovun 2020-ci ilin may ayından həbsdə olduğunu da qeyd edib: “Elə həmin il 7 il həbs cəzasına məhkum edildikdən sonra Sadıqov 241 günlük aclıq aksiyasına başlayıb. Ancaq ötən ilin iyulunda Ali Məhkəmə onun cəzasını 4 ilə endirdikdən sonra onu dayandırıb. Aclıq aksiyası zamanı Əfqan Sadıqovun böyrək və ağciyərlərində ciddi problemlər yaranıb. O, 47 kiloqrama qədər arıqlayıb və hətta qısa müddətə komaya düşüb. Son 7 aydır ki, aclıq aksiyası zamanı yaranan ağciyər problemlərindən Sadıqov Penitensiar Xidmətin xəstəxanasında müalicə olunurdu”.
“Prezident kimi Azərbaycanda mətbuat azadlığı və insan haqları kursunu təyin etmək üçün çox böyük səlahiyyətiniz var. Sizi “Media haqqında” Qanunu ləğv etməyə və ümumilikdə Azərbaycan hakimiyyətini Aslanovu, Sadıqovu azad etməyə, onlara və digər jurnalistlərə azad və təhlükəsiz işləməyə imkan tanımağa çağırırıq. Ölkədə mətbuat azadlığının və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bu məsələyə baxmağınızı yüksək qiymətləndirir və cavabınızı gözləyirik”, – Robert Mahoney məktubunu bu fikirlərlə bitirib.
9 fəsil, 78 maddədən ibarət “Media haqqında” Qanunu Milli Məclis 2021-ci ilin dekabrın 30-da üçüncü oxunuşda təsdiləyib.
Yanvarın 25-də Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç dövlət başçısı İlham Əliyevə Milli Məclisin qəbul etdiyi qanunu imzalamamaq çağırışı etmişdi.
Fevralın 8-də isə Prezident İlham Əliyev qanunu imzalayıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi