Sorğu
Оцените работу движка

14 Fev 14:27news

Bakıda 1 həftə internet olmayacaq? - Rəsmi AÇIQLAMA

Bakıda 1 həftə internet olmayacaq? - Rəsmi AÇIQLAMA


Bir neçə gündür sosial şəbəkələrdə fevralın 14-dən 21-nə qədər bəzi prefiksli nömrələrdə internetlə bağlı problemlərin olacağı paylaşılıb.

Belə ki, daha dəqiq desək, paytaxt ərazisində internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bir sıra iddialar yayılıb.

RESPUBLİKAXEBER.az xəbər verir ki, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-dən (“Baktelecom”) bildirilib ki, bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar internet xidmətində bir həftə fasilələrin yaranacağı başlıqlı xəbər yer alıb:

“Nəzərinizə çatdırırıq ki, CDMA - simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür. 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi