Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Fev 10:23news
Polisin Aydın Babayevi məhv etməsi nə dərəcədə zəruri idi? - DİN-dən AÇIQLAMA
Dünən sevgilisinə bıçaqla xəsarət yetirdiyi üçün onu şöbəyə dəvət edən iki polis əməkdaşını bıçaqlayan Aydın Babayev bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilərək məhv edilib.
Manset.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hadisə ilə bağlı ilkin açıqlamasında bildirib ki, A.Babayevin saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, polis əməkdaşlarına silahlı müqavimət göstərib. Buna görə də polis əməkdaşları tərəfindən silah tətbiq edilib.
Bir neçə saat sonra isə Baş Prokurorluq açıqlama yayaraq həmin şəxsin əl qumbarası ilə özünü və polisləri partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirildiyi qeyd edilib.
Bunun ardınca sosial şəbəkələrdə Aydın Babayevin məhv edilməsini tənqid edənlər sual ediblər ki, həmin şəxs polisə real olaraq təhlükə yaradıbmı? Həmçinin, prokurorluğun məlumatında Aydın Babayevin müqavimət göstərməyə cəhd etdiyinin qeyd edilməsi suallar yaradıb.
Ehsan Zahidov bununla bağlı “Qafqazinfo”ya növbəti açıqlamasında qeyd edib ki, onun səhər saatlarında sorğuya cavab olaraq verdiyi açıqlama ilkin məlumat əsasında hazırlanıb:
“Mənim cavabımdan sonra hadisə yerinə ətraflı baxış keçirilib və təfərrüatlar öyrənilib. Mən qeyd etdim ki, polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərilib. Prokurorluğun da məlumatında bildirilir ki, hadisə yerindən, evdən boş giliz tapılıb. Bu özü onu sübut edir ki, Aydın Babayev polis əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib. Buna görə də Baş Prokurorluğun rəsmi açıqlaması ilə mənim sorğuya cavab olaraq verdiyim ilkin məlumat arasında heç bir ziddiyyət yoxdur”.
E.Zahidov həmin şəxsin məhv edilməsinin zəruriliyi barədə sualı da cavablandırıb:
“Həmin şəxsin üzərində tapança və qumbara olub. Bu da axtarışda olan şəxsin saxlanılması üçün cəlb edilən əməliyyat qrupunun üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə idi. Üstəgəl, bu adam əməliyyat vaxtı üzərində olan tapançadan istifadə edərək polisə atəş açıb. Həmçinin, bir gün öncə də xidməti vəzifələrini yerinə yetirən iki polisi bıçaqlayaraq hadisə yerindən qaçaraq gizlənib. Demək ki, həmin şəxs çox təhlükəli, silahlı bir cinayətkardır. Polis əməkdaşları mövcud qanunvericiliyin tələblərinə uyğun davranıblar.
Ən demokratik dövlətlərdə, Amerikada, Avropanın inkişaf etmiş ölkələrində belə bir şəxsin məhv edilməsi üçün heç vaxt tərəddüd edilmir. Həmin ölkələrdə müqavimət göstərən şəxsin silahlı olması barədə şübhə yarananda heç atəş açmasa belə, o, dərhal məhv edilir”.
Xidmət rəisi əlavə edib ki, dünən bıçaqlanan polislərdən biri ürək nahiyəsindən xəsarət alıb:
“Hazırda hər iki polis əməkdaşı xəstəxanadadır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Həkimlər onların həyati təhlükəsinin aradan qaldırılması üçün çalışırlar”.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB