Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Fev 16:46news
DYP-dən LED işıq quraşdıran sürücülər barəsində AÇIQLAMA
Azərbaycanda sürücülərin nəqliyyat vasitəsinə quraşdırdığı xarici işıq cihazları çox zaman digər hərəkət iştirakçılarına mane olur.
Belə ki, söhbət əsasən istehsalçı zavod tərəfindən duman işıqlarına hallogen lampa əvəzinə LED işıq quraşdıran sürücülərdən gedir. Bəzən vəziyyətə uyğun və təyinatı üzrə istifadə edilməyən bu işıqlar hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinin diqqətini yayındıra və görmə bucağını məhdudlaşdıra bilir.
Bu məsələ ilə bağlı sürücülər tərəfindən sosial şəbəkələrdə, bir çox platformalarda şikayət paylaşımlarına rast gəlirik.
Bəs görəsən avtomobilə quraşdırılan həmin işıqlar əslində nə zaman və hansı şərtlərdə istifadə edilməlidir? Bu işıqların təyinatına uyğun olmadan, yerli-yersiz istifadəsi sürücü barəsində inzibati məsuliyyət yaradırmı?
Respublikaxeber.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli avtomobilin xarici işıq sisteminin düzgün istifadə olunmamasının nəyin ki inzibati xəta yaratdığını, eyni zamanda sürücünün digər sürücülərə, yol hərəkəti iştirakçılarına, cəmiyyətə hörmətsizlik etməsi və real təhlükə mənbəyi kimi qiymətləndirildiyini bildirib.
“Əvvəla hüquqi məsuliyyət yaradan hallara və anlayışlara diqqət yetirək:
Əgər sürücü istehsalçı tərəfindən nəzərdə tutulan işıq cihazını əlavə müdaxilə etmədən düzgün istifadə etməyib, yəni nasaz vəziyyətə idarə edirsə, bu hal 50 manatlıq cərimə müəyyən edən hal kimi qiymətləndirilir. Sürücü istehsalçının müəyyən etdiyi işıq sisteminə müdaxilə edib istismar qaydalarını pozursa, yəni avtomobilinə nəzərdə tutulmayan işıq cihazları quraşdırırsa, bu halda qanunla sürücünü 150 manat məbləğində cərimə gözləyir.
Digər tərəfdən sürücülərin hər iki halda yollardakı məsuliyyətsiz hərəkətlərinin yarada biləcəyi fəsadlar müxtəlifdir. Belə ki, bəzən sürücülər avtomobilin cəlbedici görünməsi, bəzən isə sutkanın qaranlıq saatlarda öz yolunu maksimum işıqlı etmək məqsədilə qarşıdan gələn sürücünün, elə özünün də təhlükəsizliyini düşünmədən uzaq vuran işıqlarla və yaxud standartlardan kənar kustar metodlarla quraşdırılmış işıqlardan istifadə edirlər. Bu halda digər sürücünün idarəetməni ani itirərək ağır qəza törətməsi istisna deyil.
Bəzən bu kimi səbəblərdən qəzalar hətta qaçılmaz olur. Hər hansısa sürücü bu addımı bilə-bilə edirsə, təbii ki, bu hərəkət iştirakçıların hiddətinə və kəskin reaksiyasına səbəb olur. Ümumi istifadə olunan yollarda bu cür məsuliyyətsiz addımlar nəinki bədbəxt hadisələrə real zəmin yaradır, ümumilikdə sürücü mədəniyyətinə olduqca mənfi təsir göstərir. İctimai yerlərdə olduğu kimi ümumi istifadə olunan yollarda da sürücülərin ictimai məsuliyyət hissini itirməməsi çox önəmlidir.
Bir daha sürücülərdən yol hərəkəti iştirakçısı kimi bir-birlərinə qarşı məsuliyyətli olmalarını, yol hərəkəti qaydalarına ciddi əməl etməyi xahiş edirik”, – Araz Əsgərli deyib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər