Sorğu
Оцените работу движка

29 Yan 15:13news

Azərbaycanda açılmış cinayətlərin sayı məlum oldu

Azərbaycanda açılmış cinayətlərin sayı məlum oldu

Ötən il Azərbaycanda açılmış cinayətlərin sayı məlum olub.

Respublikaxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, 2021-ci ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə DİN və prokurorluq üzrə qeydə alınan 29 327 cinayətin 88,9%-nin (+3,4%) açılması təmin edilib.

Bundan başqa, ağır və xüsusilə ağır cinayətlərin 83%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4%-i, şəxsiyyət əleyhinə olanların 98%-i, onlardan qəsdən sağlamlığa ağır zərər vurmaların 98,2%-i, mülkiyyət əleyhinə olanların 80%-i, o cümlədən oğurluqların 72,3%-i, dələduzluqların 92,7%-i, soyğunçuluqların 90%-i, quldurluqların 92%-i, hədə-qorxu ilə tələb etmələrin 93,8%-i, avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin 92%-i, habelə xuliqanlıqların 96,7%-i açılıb.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi