Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Sen 16:32news
Dərslər başladı: Həftə sonları avtobuslar niyə işləmir? - Deputatdan SƏRT AÇIQLAMA
Məktəblərdə dərslərin şənbə gününə salınması yaxşı haldır. Çünki bu sistemin tətbiqi zəruridir.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.
O, şənbə günləri məktəblərdə dərslərin salınmasına baxmayaraq, ictimai nəqliyyatın işləməməsi məsələsi ilə bağlı da fikirlərini bildirib:
“Ümumiyyətlə, həftəsonları ictimai nəqliyyatın işləməməsi, məncə, qəsdən edilib. Pandemiyanı uzatmaq məqsədi daşıyır. Bunun başqa izahını hələ ki, verən yoxdur. Xüsusilə də şənbə günü ictimai nəqliyyat niyə işləməsin? Yüzlərlə müəllim, yüzlərlə valideyn zülm çəkir, amma bu, heç kimin vecinə deyil. Sahibkarlar zülm çəkirlər, hər işçiyə ayda 100-150 manat ciblərindən pul verirlər ki, onlar həftəsonu taksi ilə işə gələ bilsinlər. Hətta yüzlərlə süpürgəçi həftəsonu işə çıxır. Müəyyən qurumların rəhbərləri də onlara ciblərindən pul verirlər ki, işə gedib-gələ bilsinlər. Bu süpürgəçinin pulu var taksi ilə gəlsin? Bu yazıq nə zülm çəkir?
Sanki, vətəndaşın vəziyyətini düşünmədən, sadəcə qarşıya bir məqsəd qoyulub ki, necə edək ki, pandemiya uzansın, insanlara ziyan vursun, necə edək ki, vətəndaşın son qəpiyinədək cibindən çıxaraq. Ona görə də şənbə günü ictimai nəqliyyat işləməlidir. Virusun yayılması nəqliyyatla bağlı deyil. Hələ virusa görə küçələri də yuyurlar. Küçədə virus var? Əlavə pulu niyə bura xərcləyirsiniz? Bunlar o qədər məntiqsiz addımlardır ki… Məntiqli addımı bizdə qəbul edən var?
Harada anormal, ağılsız addım var, onu seçirlər. Həftəsonları ictimai nəqliyyatın işləməməsi həmin ağılsız addımlardan biridir. Əksinə, iş saatlarını, iş günlərini elə bölüşdürmək lazımdır ki, insanlar bir-biriləri ilə eyni vaxtda görüşə bilməsinlər, təmas azalsın. Belə bir məqamda pulu olmayan, yoxsul insanları məcbur edirlər ki, əlavə pul ödəyib taksilərə xeyir versinlər. Bunun heç bir izahı yoxdur. Bu məsələ vərəndaşa böyük ziyan vurur və onun bu ziyandan çıxması çox çətin olur. İctimai nəqliyyat bazar günü olmasa da, şənbə günü mütləq işləməlidir, çünki əhalinin böyük əksəriyyəti şənbə günü işə gedir”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi